Ekspert Ermənistanın revanşizm iddialarının fəsadları haqda danışdı
Bu gün Ermənistanda səsləndirilən revanşizm iddiaları ölkə üçün daha ağır nəticələrə gətirib çıxara və ölkənin gələcəyini sual altına qoya bilər.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputat Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra Ermənistanda mövcud olan böhran daha da dərinləşib:
"Bu böhran özünü sosial-iqtisadi və ictimai-siyasi sahədə çox kəskin formada göstərməkdədir və bunun səbəbi 30 il ərzində Ermənistan siyasi hakimiyyətinin Azərbaycana qarşı işğalçılıq siyasətidir. İstər hakimiyyətdə olan qüvvələr, istərsə də xaricdəki diaspor təşkilatları erməni xalqından hər zaman bir alət kimi istifadə ediblər və bu gün istifadə etməyə davam edirlər. Onlar erməni xalqını zəhərləyiblər, xəstə təfəkkürü xalqa təbliğ ediblər. Onlar bir şeyi anlamırlar ki, ölkənin ağır durumunun səbəbi məhz hər zaman Türkiyəfobiya və Azərbaycanfobiyadır".
Deputat vurğulayıb ki, Vətən müharibəsindən sonra regionda bir çox əməkdaşlıq platformaları yaranıb, o cümlədən nəqliyyat-logistika üzrə əməkdaşlıq platforması yaranıb və onun içərisində Zəngəzur dəhlizinin yaradılması xüsusi əhəmiyyət kəsb edir:
"Ermənistan bu imkanlardan istifadə edərək ağır iqtisadi durumdan çıxa bilər. Ermənilər sevinməlidirlər ki, onları bu əməkdaşlıq plaftomalarına qoşurlar, baxmayaraq ki, hər zaman Azərbaycana qarşı düşmənçilik mövqeyində olublar. Azərbaycan isə Vətən müharibəsindən sonra da mövcud reallıqları görür və regionun inkişafının, sülh və sabitliyin bərqərar olmasının yalnız əməkdaşlıqdan keçdiyini anlayır. Erməni xalqı da bu reallıqları anlamalıdır, düşmənçilik və revanşist iddialarından əl çəkməlidirlər, içlərində olan kin və xisləti atmalıdırlar və anlamalıdır ki, ermənilər üçün bu əməkdaşlıq düşdükləri ağır durumdan qurtulmaqüçün son bir şansdır ki.
Əgər onlar bunu anlamasalar, Ermənistanın bir dövlət kimi qalması sual altına düşür. Ermənistanda revanşizm bir daha baş qaldırsa və Azərbaycanı təhdid etsələr, bu dəfə onlar üçün olduqca ağır nəticələr ola bilər. Erməni xalqı bir şeyi anlamalıdır ki, istər müharibə, istər post-müharibə dövründə onları müharibəyə çağıran diaspor təşkilatları Ermənistanda əhalinin yaşadığı ağır vəziyyəti anlaya bilməzlər. Çünki onlar bu ağırlığı görmürlər, xaricdə rahat şəraitdə yaşayırlar. Erməni xalqı bunu anlamalı və revanşist qüvvələrdən azad olmalıdırlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
XƏBƏR LENTİ
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)





