Siyasət

"Azərbaycan dostumuz və müttəfiqimizdir" - İsrail önəmli mesaj verdi - FOTO

29 Aprel 2021 10:32
Baxış: 1 496

"Biz Azərbaycanla mühüm münasibətlərin inkişafı üzərində işləməyə və onları yeni sahələrdə genişləndirməyə davam edəcəyik. Azərbaycan İsrail dövlətinin müttəfiqi, dostu və enerji resurslarlarının ən böyük təchizatçısıdır".

Milli.Az Ediot Ahronot-a istinadən bildirir ki, bunu İsrailin XİN başçısı Qabi Aşkenazi dünən ikitərəfli münasibətlərin və ticarətin inkişafına həsr edilmiş İsrail-Azərbaycan Hökumətlərarası komissiyasının ikinci, onlayn iclasında deyib.

Azərbaycan 2021-ci ildə İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Q.Aşkenazinin həmsədrlik etdikləri iclasda Azərbaycanın İsrailin (koronavirusa qarşı) peyvənd sertifikatını tanıması və həmin ölkədən olan turistlərinin Azərbaycana gəlişinin bərpa olunması imkanları da müzakirə olunub.

O da vurğulanıb ki, Azərbaycan bu il İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir.

Q.Aşkenazi iclasdan sonra Twitter-dəki mikrobloqunda yazıb: "Belə məhsuldar diskussiyalar ikitərəfli dostluğa dəlalət edir. İclasdakı müzakirələr Azərbaycanın İsraildə səfirliyinin açılması istiqamətində mühüm addımdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.