Düşmən Azərbaycana SAVAŞ ELAN EDİB - Bütün cəbhələrdə...
Son illər Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında çox ciddi hücumlara məruz qalır. Xüsusilə biz bunu 44 günlük Vətən müharibəsinin bitdiyini elan edən 10 noyabr üçtərəfəli bəyənatından sonra Azərbaycan ərazilərinə terakt törətmək məqsədilə sızan erməni diversantlarının tərəfimizdən əsir götürüldükdən sonra "Hərbi əsirimizi qaytarın" deyib bütün mümkün olan və olmayan sferalarda hay-həşir salan Ermənistanın haqsız mövqeyinə AŞPA-da gedən müzakirələrə əsasən deyə bilərik.
Bir müddət öncə başa çatan AŞPA-nın qış sessiyası qurumun Azərbaycana qarşı daha bir qərəzli mövqeyi ilə yadda qaldı. Qurumun Azərbaycanda "siyasi məhbuslar"a dair qəbul edilən hesabatı ölkəmizə qarşı birbaşa təzyiq və milli maraqlarımıza zidd bir sənəddən başqa bir şey deyil. Beləliklə, qurumda ikili standartların hökm sürdüyü son sessiyada aşkar sezildi. Avropa Şurası konstruktiv dialoqa və qarşılıqlı əməkdaşlığa hazır olmalıdır. Azərbaycan bütün çirkin planlara baxmayaraq AŞPA-da ona qarşı yaşanan etimad böhranın öhdəsindən gəlməyə çalışır.
Bu sessiyada digər əsas diqqət çəkən məqam isə erməni deputatların çıxışı ilə bağlıdır. "Hərbi əsirlər" mövzusunda bütün cəbhələrdə hücuma keçən Ermənistanın diplomatlarının çıxışı Azərbaycanın regionda və bölgədə yaratdığı yeni reallıq şərtlərini qəbul etməkdə çətinlik çəkdiklərini, onların sanki beyinlərinin korroziyaya məruz qaldığını, yeni reallıqlara hazır olmadıqlarını göstərir. Xəyal etdikləri tarixə hələ də inandıqları çıxışlarından bəlli olan erməni deputatlar bir şeyi dərk etmirlər ki, düşdükləri hazırkı vəziyyət məhz azı 30 ildir bu cür düşündüklərinin cəzasıdır. Lakin Assambleyanın Birləşmiş Avropa Sol Qrupu və Ermənistanla Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri üzrə məruzəçi Paul Qavan ilə cəzasızlıqdan ağızlarına gələni danışan ermənilərin ciddi fərqinin olmadığı da ortaya çıxdı. O deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 16 mart 2021-ci il tarixli press-relizinə görə, Azərbaycan tərəfindən "əsir götürüldüyü" iddia edilən 188 erməni ilə bağlı məhkəmənin müvəqqəti tədbirləri qüvvədə qalır: "Bu kontekstdə, qrupumuzun əsas narahatlığı odur ki, Məhkəmə Avropa Şurası Nazirlər Komitəsini xəbərdar edib ki, Azərbaycan hökuməti sözügedən şəxslər haqqında məlumat təqdim edilməsi üçün məhkəmə tərəfindən təyin olunan müddətə əməl etməyib". Paul Qavan deyib ki, bu məsələdə "Məhkəmə ilə tam əməkdaşlıq etmək və gecikmədən onların qaytarılmasını təmin etmək Azərbaycanın borcudur".
Göründüyü kimi Assambleya bu müzakirəni də illərdir vərdiş etdiyi qaydada apardı. Parlament Assambleysının "erməni əsrilər"in qaytarılması ilə bağlı göstərdiyi can-fəşanlığı mina xəritələrinin Azərbaycana qaytarılması məsələsində də müşahidə edə bilmədik. Cinayətkar əsirləri müzakirəyə çıxaran AŞPA, erməni minalarından ölən mülki şəxsləri unutması nə qədər qeyri-obyektiv idisə, bir o qədər də təbii idi. Belə nəticə çıxır ki, mövzunun təfərrüatını anlamadan "hərbi əsirlər" məsələsini AŞPA-da müzakirəyə çıxarılması rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması prosesini ləngitmək məqsədi daşıyır.
Ermənistan anlamalı idi ki, AŞPA üzvləri vasitəsilə Bakıya qarşı çıxmaq axmaqlıqdır. Bakı ilə razılaşmağı bacarmaq əvəzinə regionda vəziyyətin daha da gərginləşməsi cəhdlərinə ara verməyən düşmən tərəfi dərk etməlidir ki, artıq bütün cəhdlərinə rəğmən hazırda Qarabağda böyük yenidənqurma işlərinə start verilib. Ermənistan üçün riskləri minimuma endirmək, bölgədə maksimum sabitliyə nail olmaq üçün yeni əməkdaşlıq formatları yaradılmasının alternativi ola bilməz. Rəsmi İrəvan bilməlidir ki, Prezident İlham Əliyevin son çıxışında dediyi kimi, biz öz milli, tarixi və gələcək maraqlarımızı təmin etmək üçün lazımi addımları atacağıq.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
-
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
-
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib





