Siyasət

Ərdoğandan açıqlama

24 Aprel 2021 23:49
Baxış: 1 501

"Koronavirus pandemiyası dövründə bir çox vətəndaşımzı itirdik, ancaq bununla yanaşı bir çox tibb işçilərimizi də itirdik".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bunların arasında həkimlərimiz, müəllimlərimiz də vardı. Bütün bu COVID-19 pandemiyası dövründə onlar heç nədən çəkinmədilər, yorulmadılar. İstər xəstəxanalarda, istərsə də evlərdəki müdaxilələrə qədər gərgin bir çalışma apardılar.

Həyatını itirən bütün bacı-qardaşlarıma Allahdan rəhmət diləyirəm. Bu müddət ərzində haqqa ucalanlar inanıram ki, sevimli peyğəmbərimizə qonşu olacaqlar. Çünki onlar bu mübarizəni bunun üçün verdilər. Bu axşam bir yerdə iftar etdiyimiz qardaşlarımızın hər biri üç nəfərlik qruplar halında ev-ev gəzirlər. Evlərə bu səhiyyə xidmətlərini çatdıracaq qədər fədakarlıq edirlər", - deyə R.T.Ərdoğan bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.