Siyasət

İsrail səfiri: Biz Azərbaycanın yanında olmaq istəyirik - VİDEO

22 Aprel 2021 09:59
Baxış: 707

Tezliklə hökumətlərarası komissiya Azərbaycan və İsrail arasında əməkdaşlıq barədə müzakirə aparacaq.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

"Azərbaycan tərəfindən komissiyaya İqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək. İsrail tərəfindən isə Xarici İşlər naziri Qabi Aşkenazinin rəhbərlik etdiyi komissiya təşrif buyuracaq. İnanıram ki, artıq meqa layihəyə fokuslanmağın vaxtıdır. Biz azad edilən ərazilərdə aparılan yenidənqurma işlərində Azərbaycanın yanında olmaq istəyirik. Tikinti, ağıllı kəndlər, yaşıl enerji, kənd təsərrüfatı və su təhlükəsizliyi ilə bağlı İsrailin böyük təcrübəsi var. Bu səbəbdən həmin ərazilərdəki yenidənqurma işlərində birgə çalışa bilərik", - o bildirib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.