Siyasət

Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - Sərəncam

19 Aprel 2021 13:45
Baxış: 1 397

Prezident İlham Əliyev Zaur Rəşid oğlu Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bundan başqa Prezident İlham Əliyevin digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev Hüseyn Cəlal oğlu Hüseynovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.