Rusiyanın aparıcı hərbi ekspertlərindən etiraf: “Bəli, bu, bizim “İskəndər M” idi”
"İskəndər" raketləri ətrafındakı qalmaqal getdikcə böyüyür. Bir neçə günlük susqunluq və inkar cəhdlərindən, habelə "vurulan "İskəndər"lərin qalıqlarının Suriyadan gətirilməsi" kimi sui-qəsd nəzəriyyələrinin informasiya məkanına sızdırılmasından sonra, Rusiya tərəfi azərbaycanlı minaaxtaranların aşkar etdikləri raket qalıqlarının məhz adıçəkilən operativ taktiki komplekslərə məxsus olduğunu etiraf etməyə başlayıb.
Məsələn, Rusiyanın ən nüfuzlu hərbi ekspertlərindən biri Pavel Felgenhauer "Kavkazskiy Uzel" resursuna verdiyi müsahibədə Ermənistanın "İskəndər"in ixrac edilməyən versiyasına sahib olması ehtimalını təsdiqləyib. Onun sözlərinə görə, hazırda "İskəndər" raketlərində heç bir ixrac nişanı yoxdur.
"Deyəsən, yalnız Əlcəzair üçün "İskəndər"in ixrac variantı hazırlanıb. Lakin başqaları üçün belə bir məhsul istehsal edilməyib, raketlərin adi variantı buraxılıb. Düzü, Ermənistan üçün ixrac versiyası hazırlamadıqlarından, adi versiyanı satdıqlarından şübhələnirdim. Bu barədə danışmırdılar, amma onlara satılanların ixrac variantı olduğunu da söyləmirdilər, sadəcə susurdular. Bu raketlər Rusiya Silahlı Qüvvələri üçün hazırlanarkən istehsal prosesini pozmaq və xüsusi ixrac variantını buraxmaq nəyə lazımdır ki? Ermənistana "yerli məhsullardan" müəyyən bir miqdar göndərmək, orijinaldan daha zəif olan ixrac variantının buraxılışını təşkil etməkdən daha asandır", - deyə ekspert bildirib.
Analitik "İskəndər" kompleksinin ilkin olaraq ixrac üçün nəzərdə tutulduğunu da xatırladıb.
"Məhz buna görə də ona "İskəndər" adı verilib. Belə ki, Şərq ölkələrində Makedoniyalı Aleksandrı məhz belə adlandırırlar. Bu ad rus silahları üçün səciyyəvi deyil. Bunun uğurlu bir marketinq gedişi olacağı düşünülürdü, amma "İskəndər"lərin ixracı baş tutmadı və kompleksin "Tochka U"nun əvəzinə Rusiya ordusunun raket briqadaları üçün kütləvi şəkildə istehsalına başlanıldı" - deyə P.Felgenhauer izah edib.
Mütəxəssis qeyd edib ki, əgər Rusiya ordusu üçün istehsal olunan məhsullar Ermənistana verilirsə, bu, beynəlxalq öhdəliklərin pozulmasıdır. Bununla belə, o, sözügedən faktın mənfi siyasi nəticələrə səbəb olacağını ehtimal etmir.
"Bu fakt Rusiya Federasiyasının raket texnologiyalarının ixracını məhdudlaşdırmaqla bağlı beynəlxalq öhdəliklərini pozur. Uçuş məsafəsi 300 km-dən çox ola bilməz. Görünür, tədarükçülər də bu öhdəliklərin pozulmasına göz yumublar. Ermənistanda rus ordusu üçün istehsal olunan adi "İskəndər"lər varsa, buna təəccüblənmərəm. Burada hər hansı bir "qara bazara" ehtiyac yoxdur. Hərçənd, orada hansı raketlərin tapıldığı hələ dəqiq məlum deyil", - deyə ekspert qeyd edib.
Pavel Felgenhauer müharibənin sonunda Ermənistan silahlı qüvvələrinin "İskəndər" raketlərindən istifadə etməsini mümkün sayır və düşünür ki, erməni tərəfi bu addımı "ümidsizlikdən" ata bilər. Hərçənd, onun fikrincə bu vəziyyətdə adıçəkilən komplekslərdən istifadəyə praktiki ehtiyac yox idi.

Hərbi elmlər doktoru, eyni zamanda hökumətə bağlı bir media fiquru olan Konstantin Sivkov da "İskəndər"in ixrac edilməyən versiyasının birbaşa Ermənistana çatdırılmasının mümkünlüyünü qəbul edir.
"Ermənistan Rusiya Federasiyasının etibarlı müttəfiqidir. Ona görə də bu ölkəyə "İskəndər"lərin yerli versiyası da verilə bilərdi və burada təəccüblü heç nə yoxdur. Əgər Ermənistanda "İskəndər" varsa, onda niyə istifadə edilməsin? Yəqin ki, istifadə olunmasaydı, daha məntiqsiz olardı", - deyə ekspert bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub





