Köçəryan köhnə vərdişlərindən əl çəkməyib - Növbəti yalanla gündəmə gəlir
"Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyanın "Birinci kanalı"nda yayımlanan "Pozner" verilişinə müsahibəsi zamanı təəssüflər olsun ki, bir daha təsdiqlədi ki, köhnə vərdişlərdən əl çəkməyib".
Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Köçəryan köhnə fikirlərdən əl çəkmir, işğaldan azad edilən əraziləri qondarma rejimin ərazisi kimi qəbul edir:
"Köçəryan müsahibə zamanı Türkiyə ilə bağlı məsələyə toxunarkən dedi ki, Türkiyə bizim üçün təhlükə törədir. O, yenə də keçmişə baxışları ilə seçilir. Xüsusilə də o deyirdi ki, iqtidar (Paşinyan rejimi) xalqı yeni reallıqlara hazırlaşdırır. Burada Köçəryan təhlükə görür, əslində bu çox ziddiyətli və qərəzli bir fikirdir. Digər tərəfdən əlbəttə ki, reallıq var. Paşinyan Türkiyə ilə münasibətlərin qurulmasına da hazırlaşmalıdır. Amma Köçəryan bunu təhlükə hesab edir.
Köçəryan bir daha bildirdi ki, noyabrın 10-u və yanvarın 11-də imzalamış üçtərəfli bəyanatla razı deyil. Digər tərəfdən də köhnə muxtariyyat Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altına keçən digər ərazilərini bufer ərazilər adlandırdı, həmin əraziləri özləri üçün təhlükə görür. Həmin ərazilərin qaytarılması ilə separatçı qurumun saxlanılmasını şərti olaraq bilir. Yəni Şuşanı, Hadrutu, Xocavəndin digər ərazilərini Azərbaycan tərəfindən qondarma rejimə qaytarılmasını labüd hesab edir, danışıqlar prosesinin bunun üzərində aparılması zəruri bilir. Bu o deməkdir ki, Köçəryan köhnə fikirlərdən əl çəkmir, Köçəryan bu əraziləri qondarma rejimin ərazisi kimi qəbul edir. Bu da bizim üçün yolverilməzdir. Sözügedən ərazilər Azərbaycan əraziləridir, bunu hamı da bilir, Rusiya dövlət başçısı Putin özü də bunu dəfələrlə bildirib ki, o ərazilər Azərbaycan ərazisidir.
Köçəryan elə əvvəlki siyasətçidir
Düzdür, deyib ki, indiki şəraitdə revanş barədə danışmaq olmaz. Amma faktiki olaraq onun bu söylədikləri də revanşist fikirlərdir, diplomatik üsullarla revanş dəsti-xəttli siyasət yürütmək deməkdir. Fikirlərində yenilik bir şey yoxdur, köhnə fikirlərdir, köhnə yanaşmadır, bu da zərərli yanaşmadır. Ümumiyyətlə Köçəryandan təzə nəsə gözləmək düzgün deyil axı. Çünki bu adam Azərbaycan torpaqlarını zəbt edib, əli Xocalı qurbanlarının qanına batıb. Yəni bu insan faşist mahiyyətli bir kəsdir. İndi fikirləşmək ki, Köçəryan başqa cür danışacaq, düzgün olmazdı. Dövlət başçımız dəfələrlə deyib ki, biz əslində Paşinyanın ordusu ilə yox, Köçəryan, Sarkisyan ordusu ilə müharibə etmişik. Yeri gəlmişkən, Köçəryan müsahibədə ordunun rolundan danışıb. Əlbəttə ki, öz ordusunun (əlaltılarının) rolundan danışıb. Yenidən ordusunu dirçəldib Azərbaycana qarşı yönəltmək istəyir.
Köçəryan da Paşinyan kimi fikirləşir
Paşinyan sərxoş insan kimidir, ağlında olanı dilə gətirir. O yanlış, zərərli fikir ola bilər, amma hər halda o, bunu açıq bildirir. Köçəryan da Paşinyanın dediyi kimi "Qarabağ Ermənistandır" fikirləşir. Amma onu bildirmirdi, çünki o Paşinyanla müqayisədə daha hiyləgərdir, daha ehtiyyatlı davranır. Onun siyasəti də məhz buna yönəlmişdi ki, Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirsin, "böyük Ermənistan" yaratmaq yolunda addım atsınlar. Amma Minsk Qrupunu da, beynəlxalq ictimiyyəti də aldatmağa çalışırdı ki, onun məqsədi bu deyil. Ona görə bunu açıb demirdi. Amma özü bu şüarla hakimiyyətə gəlib. Vaxtı ilə Ermənistanda da hakimiyyəti zəbt edib, Dağlıq Qarabağda da bu şüarla qondarma rejimi o yaradıb ki, bura Ermənistanın ərazisidir. İndi növbəti yalanla gündəmə gəlir ki, güya Paşinyanın fikri ilə razı deyil. Hamısı bu şüarla razı idi. Onlar bir şeylə razı deyildilər, bunu onların düşüncəsi ilə dilə gətirmək düzgün olmazdı".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
İrlandiyada Zelenskinin kortejinə yumurta atdılar
-
Azərbaycanlı müğənni tanınmaz halda: 28 kilo arıqladı - (Video)
-
Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? - AQC rəsmisindən açıqlama
-
İrandan Almaniyaya gedən yükdə 29 kiloqram metamfetamin aşkarlandı
-
5 günlük tətil başlayır
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
-
Hava kəskin dəyişir - Temperatur 10 dərəcəyədək enəcək
-
Bu yanacaqdoldurma məntəqəsində təhlükəsizlik qaydaları pozulub - Bağlandı
-
Eduard Məmmədov Avropa çempionu oldu, Fuad Zeynalov finalda uduzdu - (Foto)
-
Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
-
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - (Foto)
-
Qvardiolanın yeni iş yeri bəlli oldu
-
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - (Video/Foto)
-
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
-
Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirdi
-
Stilist Anarın Bülent Ersoyla təyyarədəki görüntüsü gündəm oldu - (Video)
-
Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir: Nazir müavininin oğludur - (Foto)
-
Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır - Deputat
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib





