Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının konfransındakı mesajları artıq yüksək səviyyədə icra olunub - Deputat
Üç il bundan əvvəl - 2018-ci il aprelin 3-6-da Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı öz miqyasına görə kifayət qədər geniş bir tədbir idi və dünya dövlətləri, beynəlxalq təşkilatlar bu tədbirə böyük maraq göstərirdilər. Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edib.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirb ki, konfransın Bakı Konqres Mərkəzində baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyərək o dövrdə ölkəmizin ən ağrılı problemi - üç onillik ərzində davam edən və ötən il Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı şanlı qələbə sayəsində artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı:
"Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tədbirlərdə olduğu kimi, Qoşulmama Hərəkatının Bakıda keçirilən konfransındakı nitqində də zamanında ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət çəkib. Prezident İlham Əliyev BMT TŞ-nin özündə Ermənistanın hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən qeyd-şərtsiz çıxardılmasını ehtiva edən 4 qətnaməsinin yerinə yetirilmədiyini təəssüf hissi ilə vurğulamışdı. Dövlət başçımız qətiyyətlə bildirmişdi ki, Azərbaycan ərazisinin işğalına son qoyulmalıdır və yalnız ondan sonra regionda sülh bərqərar oluna bilər".
Deputat əlavə edib ki, Azərbaycanın dövlət başçısının Qoşulmama Hərəkatının Bakıda keçirilən konfransəında Ermənistan-Azərbaycan münaqişəsinə dair verdiyi mesajların icrası artıq yüksək səviyyədə təmin olunub:
"Ölkəmiz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində işğalçı Ermənistanı bütünlüklə kapitulyasiyaya məruz qoydu və təxminən 300 yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Düşmən tərəfi noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytardı. Beləliklə, Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Onu da deyim ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv olub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib. Hazırda ölkəmiz Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir. Öz növbəsində bu təşkilat da öz ənənəsinə sadiq qalaraq Vətən müharibəsi dövründə Azərbaycana dəstəyini davam etdirdi. Dost ölkələrin, o cümlədən də Qoşulmama Hərəkatının müharibə dövründə verdikləri siyasi və mənəvi dəstək ölkəmizin özünəinam hissini daha da artırdı və biz müharibəni qələbə ilə başa vurduq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
-
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!
-
"Çirkin"in yayım tarixi bəlli oldu
-
Su quyusuna yıxılan qadın öldü
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Tarixi-dini abidələrin vahid məlumat bazası yaradıla bilər - Ramin Məmmədov
-
Azərbaycanda doğulanların sayı azalıb
-
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)
-
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi
-
Azərbaycan toylarında bu məşhur ənənə qadağan edilir?
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
-
Zaqatalada güllələnmiş kişi meyiti tapıldı
-
Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər
-
Hava ilə bağlı son məlumat
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məscidlərdir - Gündüz İsmayılov
-
Universitetdən qovulan tələbə - “Məni belə yadda saxlayın” - (Video)
-
Bu ay 4 bürc pul içində üzəcək
-
Hande Erçel dəyişib belə oldu - (Foto)
-
Türkiyəli tanınmış aktyor vəfat etdi - (Foto)
-
"Beşiktaş"a Orkun Kökçü ilə bağlı pis xəbər





