Siyasət

Ermənilər sərhədi yezidlərə tapşırır

24 Fevral 2021 14:31
Baxış: 3 049

Ermənistanın Azərbaycanla həmsərhəd olan bölgələrindəki kəndlərdə və qəsəbələrdə köç yaşanır. Oranın yerli sakinləri olan ermənilər evlərini tərk edirlər.

Bu ilin yanvarın 1-nə olan məlumata görə, Sünik (Zəngəzur) vilayətini artıq 1300-dən çox erməni tərk edərək Ermənistanın digər vilayətlərinə və Rusiyaya yollanıblar.

Daha dəqiq olsaq, 800 nəfər Tavuş vilayətindən, 300 nəfər - Gekarkunikdən, 200 nəfər isə Vayoz Dzordan çıxıblar.

Onlar İkinci Qarabağ Müharibəsinin başa çatmasından sonra Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi nəticəsində onillərlə işğalda olmuş Azərbaycan ərazilərinin azad edilməsindən qorxublar.

Ermənilər həmin əraziləri işğal edəndən sonra oralarda məskən salmış, özlərinə ev-eşik qurmuşdular.

28 ildən bəri işğal altında olan həmin ərazilər sərhədlərin delimitasiyası nəticəsində azad olunandan sonra isə təbii ki, ermənilər evlərini tərk etməli olublar.

Ermənistanın müxalifəti ilə yanaşı, hakimiyyət dairələri də yaşananları "milli təhlükəsizlik problemi" sayırlar və erməniləri dövlət sərhədlərini qorumağa çağırırlar.

Fəqət, sərhəddə növbədə durmaq və ya postlarda qalmaq istəyən ermənilərin sayı çox azdır və bu səbəbdən Ermənistanın Azərbaycanla dövlət sərhədinin qorunmasına yezidlər cəlb olunur.

Ermənistan Yezidlərinin Milli İttifaqının sədri Hdr Qacoyanın dediyinə görə, bu gün sərhədə ilk erməni-yezid könüllü dəstəsi yollanacaq.

Armavir şəhərində formalaşmış və 40 nəfərdən ibarət dəstənin komandiri 2-ci Qarabağ Müharibəsində Azərbaycan ordusuna qarşı döyüşmü Kyaram Sloyan adına 2-ci dəstənin komandiri Tital Sloyandır.

Sərhədə göndərilmək üçün könüllülər dəstəsinin formalaşdırılmasının təhəbbüskarı Ermənistandakı "Mala Yezdia" ("Yezid Evi") cəmiyyətinin sədri Ayser İsayan və Ermənistan Müdafiə Nazirliyinin polkovniki Koryun Qumaşyandır.

2-ci Qarabağ Müharibəsində ermənilərin tərkibində yezidlərin 3 dəstəsi vuruşub. Ermənistanın hakimiyyət dairələri, mediası, rəsmi təbliğatı, siyasətçiləri və ictimai xadimləri fasiləsiz olaraq "ermənilərlə yezidlər qardaş xalqlardır", "Ermənistan yezidlərin də vətənidir" desələr də, monoetnik dövlətə çevrilməkdə olan Ermənistanda yezidlər üçüncü dərəcəli insanlar sayılırlar.

Onların tam əksəriyyəti heyvandarlıqla məşğul olurlar və dövlət qurumlarında çox az sayda təmsil olunublar. Ermənistan parlamentində yeganə yezid millət vəkili baş nazir Nikol Paşinyanın "Mənim addımım" hərəkatının mənsubu Rüstəm Bakoyandır.

Rəsmi İrəvan yerli yezid icmasına qarşı faktiki irqçi siyasət sürüdür, yezidləri erməni adları və soyadlarını götürməyə vadar edir.

Yezidlər İrəvan üçün sadəcə, "Ermənistanın çoxmillətli dövlət olması"nı göstərmək üçün gərəkdir.

Orxan Hun
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.