Slovakiya Qarabağda "ağıllı şəhər" layihələrində maraqlıdır - SƏFİRİN BƏYANATI
Azərbaycanla Slovakiyanın ikitərəfli münasibətləri konstruktiv xarakter daşıyır.
Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Milan Layçak deyib.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərin prioriteti iqtisadi əməkdaşlıq sahəsidir:
"Son dövrlərdə ölkələr arasında ticarətin artım tempi rekord vurur. 2019-cu ildə bu göstərici 24,44 milyon avro təşkil etmişdi. Azərbaycanın ixracı 9,68 milyon avro təşkil edib və əsasən mineral yanacaq, mineral yağlar, meyvə və fındıqdan ibarət olub. Slovakiyanın Azərbaycana ixracının əsasını avtomobil detalları, logistika konteynerləri, kabellər və izolə olunmayan məftillər təşkil edib. Slovakiyadan Azərbaycana ümumi ixrac 13,25 milyon avroya bərabər olub".
M.Layçak qeyd edib ki, 2020-ci il ərzində iki ölkə arasında ticarətin həcmi digər ölkələrlə olduğu kimi, COVID-19 pandemiyası ilə əlaqədar azalıb:
"Ötən il ərzində əlimizdə olan statistika göstərir ki, ticarət dövriyyəsi 18,84 milyon avroyadək azalıb. Hazırda biz ikitərəfli ticarətin artmasına kömək edəcək biznes sahələrinin müəyyənləşdirilməsi üzərində işləyirik".
Müvəqqəti işlər vəkili bildirib ki, əvvəllər Slovakiya şirkətləri Azərbaycanda avtomobil yollarının tikintisi, lokomotivlərin təmiri, dəmiryol konteynerlərinin çatdırılması işlərində iştirak ediblər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əməkdaşlıq məsələsinə toxunan M.Layçak vurğulayıb ki, Slovakiya bir çox digər ölkələr kimi həmin ərazilərdəki layihələrdə iştirak etməkdə maraqlıdır:
"Biz minaların təmizlənməsi işini başlanğıc nöqtə kimi nəzərdən keçiririk. Təhlükəsizlik azad edilmiş ərazilərin gələcək inkişafının təminatıdır. Slovakiya minalardan təmizlənmə prosesində, "ağıllı şəhər"lərin tikintisində, eləcə də infrastruktur layihələrində maraqlıdır".
Ölkələr arasında enerji əməkdaşlığı məsələsinə toxunan M.Layçak vurğulayıb ki, Azərbaycan qaz və neft tədarükü hesabına Avropa İttifaqının enerji təhlükəsizliyində vacib rol oynayır:
"Bu baxımdan Prezident İlham Əliyevin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasındakı bəyanatı ilə tam razılaşmaq olar. O vurğulamışdı ki, "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir və bu gün enerji təhlükəsizliyi məsələsi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir".
Müvəqqəti işlər vəkili əlavə edib ki, Slovakiya xam neft və qazın boru kəmərləri ilə Şərqdən Aİ ölkələrinə nəqli üçün inkişaf etmiş infrastruktura malikdir:
""Şərq-Qərb" və "Şimal-Cənub" boru kəmərləri Slovakiya ərazisindən keçir. Biz hazırda nə Azərbaycanın xam neftini, nə də təbii qazını almasaq da, "Cənub Qaz Dəhlizi" gələcək enerji istehlakı baxımından Slovakiyanın enerji təhlükəsizliyi üçün vacib mənbədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib





