Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb - VİDEO - FOTO
ABŞ-ın Yuta ştatında Xocalı faciəsinin 29-cu ilinə həsr olunan sərgi açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Komitənin dəstəyi və Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Solt Leyk Siti (Salt Lake City) şəhərinin mərkəzində - Kapitol binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar açıq havada sərgi keçirilib.
Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının vasitəsilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş etdirilib. Qəddarcasına həyata keçirilən hərbi cinayət zamanı 613 nəfər (106 qadın, 63 uşaq, 70 qoca) azərbaycanlının qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmadığı nəzərə çatdırılıb.
Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə baxaraq Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. O, soydaşlarımıza bildirib ki, Minnesota ştatının qubernatoru Tim Ceyms Uolzun 26 fevral tarixinin Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyannamə imzalamasından xəbərdardır.
Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
XƏBƏR LENTİ
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız





