Siyasət

""Cənub Qaz Dəhlizi" Aİ ilə Azərbaycan arasında əməkdaşlığın gözəl nümunəsidir" - Yankauskas

18 Fevral 2021 15:34
Baxış: 11 835

"Cənub Qaz Dəhlizi" Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında sıx əməkdaşlığın gözəl nümunəsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, Azərbaycan və Aİ ölkənin müstəqilliyindən etibarən tərəfdaşlıq edir:

"Biz prioritetləri, layihələri birgə müzakirə edir və razılaşdırırıq, onların reallaşdırılması üzrə birgə işləyirik".

K.Yankauskas əlavə edib ki, hazırda Aİ bu əməkdaşlığın gələcək inkişafı üçün yollar axtarır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.