Siyasət

Gürcüstan mətbuatı Xocalı soyqırımından yazıb

12 Fevral 2021 15:03
Baxış: 495

Gürcüstanın "Sakartvelos Respublika" qəzetində Gürcüstan-Qafqaz Strateji Araşdır­malar İnstitutunun prorektoru, Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının prezidenti, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun icraçı direk­to­ru, professor Simon Kopadzenin müəllifliyi ilə "Xocalı soyqırımı - Əsrin faciəsi" sərlövhəli məqa­lə dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, məqalədə 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində genosid aktının həyata keçirildiyi qeyd edilib. XX əsrin sonunda baş vermiş faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilib.

Qeyd edək ki, professor Simon Kopadze Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə 26 dekabr 2020-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif edilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

http://dspace.nplg.gov.ge/bitstream/1234/328064/1/Saqartvelos_Respublika_2021_N28.pdf

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.