Ermənilərin Mehri iddialarına faktlarla cavab - FOTO
Son zamanlarda bəzi erməni mənbələrinin yazdığına görə, Ermənistan rəhbərliyi Mehri dəhlizinin Ermənistana məxsus olduğu iddia edir. Lakin Ermənistanın və Rusiyanın Dövlət Arxivlərində olan sənədlər sübut edir ki, Mincivan-Ordubad nəqliyyat dəhlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub.
Milli.Az bildirir ki, bunu Trend-ə Beynəlxalq Memarlar Akademitası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğundan ermənilər bu əraziyə xüsusi icazələri olmadan buraxılmırdılar. SSRİ Xüsusi Xidmət Orqanları yalnız xüsusi buraxılışı olanlara şəhərə keçməyə icazə verirdi.

Mehrinin ümumilikdə Ermənistan ərazisi olmadığını deyən F.İsmayılov deyib ki, bu rayon İranla sərhəd zonasında yerləşdiyinə görə sovet dövründə yalnız xüsusi buraxılışı olanlara bu şəhərə keçməyə icazə verilirdi.
Alim qeyd edib ki, Mehri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdı. Mehrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi.

F.İsmayılov deyib ki, Mehri rayonunun keçmiş adının "Mığrı" olması həmin bölgənin yerli əhalisinin azərbaycanlı olduğunu təsdiqləyir:
"Mehri adının ermənicə izahının heç bir mənası yoxdur. Bu yerin adı qədim mənbələrdə Mehri kimi göstərilir. Mehri toponimi isə Mehranilər sülaləsinin banisi Mehranın adı ilə bağlanılır. Şəhərin Mehran tərəfindən salındığı güman edilir. Digər bir mənbəyə görə isə Meğri adı "meğ", "mağ", "muğ" anlamını saxlayıb və bu yerlərdə qədim türk tayfalarının yaşadığına tutarlı dəlildir. 1991-ci ildə rayonun Mehri, Aldərə, Lök, Maralzəmi, Lehvaz, Mığrı, Astazur, Nüvədi kəndlərinin azərbaycanlı əhalisi Ermənistan tərəfindən zorakılığa və etnik təmizləməyə məruz qalaraq yaşadıqları əraziləri tərk ediblər. Sovet dövründə hər kəsin buraxılmadığı bu şəhərə, Ermənistanın Azərbaycan ərazilərini işğalından sonra, Ermənistanın digər şəhər və kəndlərindən eləcədə İrandan çoxsaylı insanlar və yük maşınları gəlməyə başladı və bir çoxları burada məskunlaşdılar".

Mehri rayonunun sovet dövründə Azərbaycanın Ermənistan üzərindən nəqliyyat dəhlizi rolunu oynadığını nəzərə çatdıran F.İsmayılov bildirib ki, 1936-cı ildə Bakıdan çıxan ilk qatar Mincivan - Culfa dəmir yolu xətti ilə Qafanın mis mədənlərinə gəldi. Bundan sonrakı dövrlərdə Bakı - İrəvan, Moskva - Naxçıvan - Tehran marşrutları ilə sərnişin və yük qatarları SSRİ-nin süqutuna qədər bu dəhliz vasitəsi ilə müntəzəm olaraq işlədi.
Mütəxəssis əlavə edib ki, Mincivan - Culfa dəmir yolu dəhlizi bütün tarixi boyu Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, biletlərin satışı və qatarların hərəkət cədvəlini Bakı təmin edirdi. Dəhlizin təhlükəsizliyini SSRİ Sərhəd qoşunları həyata keçirirdi:
"Qatarların fəaliyyəti 1991-ci ilə qədər davam etdi. 1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr qatarların hərəkətinə mane olmağa başladı. Belə ki, bu silahlı dəstələr sərnişinlərə xəsarət yetirir, onları soyur, yüklərini əllərindən alaraq mənimsəyirdilər. Son yük qatarı bu dəhlizdən 1992-ci ildə Arazboyu keçərək öz fəaliyyətini sona çatdırdı. Bundan sonra Naxçıvan blokadaya düşdü".
F.İsmayılov deyib ki, dəhlizdə hərəkət dayandırıldıqdan sonra dəhliz boyu Azərbaycana məxsus stansiyalar və depolar qarət olunaraq yandırıldı. Erməni seperatçıları Mincivan - Culfa, Ağdam - Əsgəran - Xankəndi dəmir yolu magistralındakı dəmiryol reyslərini, dəmir dirəkləri, məftilləri və hətta bütöv vaqonları İranın İsfahan və digər şəhərlərdəki metaləritmə zavodlarına satırdılar:
"Mehri stansiyasından tapılan biletlər, aylıq illik yoxlama sənədləri göstərir ki, bu stansiyada aparılan işlərin Ermənistana aidiyyatı olmamışdır. Bundan belə bir nəticə çıxır ki, nəqliyyat dəhlizi boyu yerləşən bütün infrastruktura Azərbaycan cavabdehlik daşımışdır. Burada belə bir sual meydana çıxır. Əgər bu ərazi Ermənistana məxsus olubsa, o zaman niyə ermənilər tərəfindən dağıdılıb?"
Mehri stansiyasından tapılan biletlər, aylıq, illik yoxlama sənədləri göstərir ki bu stansiyada aparılan işlərin Ermənistana aidiyyəti olmamışdır. Bundan belə bir nəticə çıxır ki, nəqliyyat dəhlizi boyu yerləşən bütün infrastruktura Azərbaycan cavabdehlik daşımışdır. Burada belə bir sual meydana çıxır. Əgər bu ərazi Ermənistana məxsus olubsa, o zaman niyə ermənilər tərəfindən dağıdılıb?
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
-
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
-
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
XƏBƏR LENTİ
-
Otel otaqlarında ən çox unudulan əşya məlum oldu
-
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
-
“Mənə bacı deməyin” – Bülent Ersoydan estetik əməliyyat açıqlaması
-
Turistlərin ən çox cibgirlərin hədəfinə çevrildiyi şəhərlər
-
Avtomobilinizin qapısında salfet görsəniz, hərəkət etməyin
-
"Teşkilat"da rol alacaq - (Foto)
-
Azərbaycanın məşhur rejissoru vəfat etdi
-
ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
-
Bakının bəzi ərazilərində qaz olmayacaq - Yenilənib
-
Günün qoroskopu: Alqı-satqı işləri üçün münasib gündür
-
Pərviz Məmmədov vəfat etdi - (Foto)
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
-
Tovuzda zəncirvari qəza olub, ölən var - Yenilənib (Foto)
-
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir
-
Ronaldo və Messi eyni komandada oynayacaq
-
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
-
Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın olub - (Video)
-
Sumqayıtda zəncirvari qəza - 5 nəfər xəsarət alıb - (Video)
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
-
Ancelina Coli Xarkovda - (Foto)
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
Bayılda binanın fasadı qopdu - (Video)





