Siyasət

Deputatlar tətildən qayıdırlar

18 Yanvar 2021 11:50
Baxış: 614

Milli Məclisin yaz sessiyasının başlanmasına az müddət qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Artıq Milli Məclisin yaz sessiyası ilə əlaqədar komitə iclaslarına start verilib.

Belə ki, yanvarın 15-də Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Yanvarın 17-də isə Elm və təhsil komitəsinin iclası keçiriləcək.

Növbəti günlərdə digər komitələrin də iclasının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.