Siyasət

Qazaxıstanda Qarabağ haqqında qazax dilində kitabların təqdimatı keçirilib - FOTO

14 Yanvar 2021 17:21
Baxış: 846

Qazaxıstanda Beynəlxalq Türk Akademiyasında Qarabağ haqqında qazax dilində kitabların təqdimatı keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə hazırda Qazaxstanda səfərdə olan Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Təqdimat mərasimində deputatlar, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, türk dünyasının tanınmış yazarları, araşdırmaçıları, Qırğızıstanın Qazaxıstandakı səfiri, Türkiyə səfirliyinin nümayəndəsi iştirak edib.

Həmçinin təqdimat mərasiminə Azərbaycandan deputat Qənirə Paşayeva, Özbəkistandan, Qırğızıstandan nümayndələr onlayn qaydada qoşulub. Təqdimat mərasimində iştirakçılar çıxışlar edrək kitabların vacibliyini, türk dünyanın məlumatlandırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.