"Moskva bəyanatı Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır"
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məcisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, 10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi:
"Üçtərəfli Moskva görüşü nəticəsində imzalanan bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır və bu bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir. Belə ki, bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir.
Bu tarixi məsələnin effektiv həlli üçün hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılır və İşçi Qrupuna bu ilin martın 1-nə kimi avtomobil, dəmiryolu xəttlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılır. Bu isə o deməkdir ki, 11 yanvar bəyanatı noyabrın 10-da imzalanmış sənədin 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyən edir ki, bu da çox önəmli nəticədir.
Hamıya məlumdur ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasında ən çox maraqlı olan Azərbaycandır. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq.
Həmçinin, Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Moskva görüşü zamanı, eləcə də imzalanmış bəyanatda bircə dəfə də olsun "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi işlədilmədi. Bu da o deməkdir ki, artıq bu ifadə keçmişdir, tarixdir. Rusiya kimi, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin Moskva bəyanatı ilə yaradılacaq işçi qrupları, həyata keçiriləcək infrastruktur layihələri ancaq dövlətlər arasında icra olunacaq".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
XƏBƏR LENTİ
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi





