Siyasət

Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər - Rusiya KİV

5 Dekabr 2020 14:49
Baxış: 2 417

Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu işğal edildikdən sonra orada yerləşən Xudavəng monastırına erməni terrorçusu rəhbər təyin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın "smi6.ru" nəşri yazıb.

Qeyd olunur ki, 1994-cü ildən etibarən Kəlbəcər işğaldan azad edilənədək Ter-Ovanes Ovannisyan monastırın rəhbəri olub. O, 1990-cı illərdə dinc Azərbaycan sakinlərinə qarşı törətdiyi vəhşiliklərlə tanınıb. Onun, Qarabağdakı azərbaycanlılara qarşı etnik təmizləmələrdə iştirak etdiyi deyilib.

İkinci Qarabağ müharibəsi başlayanda da "Ovanes ata" hər kəsi silaha sarılmağa və Azərbaycana qarşı mübarizə aparmağa çağırırdı.

Kəlbəcər azad olunduqdan sonra o monastırı tərk etməyəcəyəni bildirsə də, qısa müddət sonra erməni katolikosu II Qaregin tərəfindən Yerevana çağırılıb.

Qeyd edək ki, dünən Xudavəng monastrının dini varisləri Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında olublar. Din xadimləri monastrda dini ayinlər icra ediblər. Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırının vaizi təyin olunub.

Milli.Az 

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.