Türkiyə Ombudsmanı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri barədə xüsusi hesabat hazırlayıb
Türkiyə Respublikasının Ombudsman təsisatı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi hesabat hazırlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Ermənistan-Azərbaycan müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən insan haqlarının pozulması ilə bağlı hesabat" adı ilə təqdim olunan sənəd təcavüzkar Ermənistanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanda dinc əhaliyə, yaşayış məskənlərinə və mülki infrastruktura qarşı həyata keçirdiyi hərbi təcavüzə dair faktlar, o cümlədən raket və ağır artilleriya zərbələri nəticəsində yaranmış tələfat və dağıntılar əksini tapıb.
Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun hesabata yazdığı təqdimatda Birləşmiş Millətlər Təşkilatı başda olmaqla insan haqlarını qorumaq məqsədilə təsis edilən beynəlxalq təşkilatların missiyası xatırlanır. Diqqətə çatdırır ki, təcavüzkar Ermənistan dünyanın gözü qarşısında Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib və bu azmış kimi, davamlı olaraq təxribatlar törədərək yeni ərazi iddiaları irəli sürüb. Sentyabrın 27-də başlayan müharibənin və hərbi əməliyyatlar zamanı Azərbaycanın dinc əhalisinə qarşı törədilən müharibə cinayətlərinin birbaşa məsuliyyətini Ermənistan dövləti daşıyır. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı məqsədyönlü hücumları nəticəsində Azərbaycanda uşaqlar, qadınlar, yaşlılar daxil olmaqla 94 dinc sakinin öldürüldüyü, 400 nəfərdən çox günahsız şəxsin yaralandığı xatırlanır. Vurğulanır ki, insan haqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatlar bu bəşəri cinayətə səssiz qalmamalıdırlar.
Hesabatın "Dağlıq Qarabağ məsələsi" adlı bölməsində tarixi faktlar və rəsmi sənədlər təqdim olunur. Bu bölmədə ermənilərin regiona sonradan köçürülməsi ilə bağlı məlumat da yer alıb. Azərbaycan torpaqlarının hesabına indiki Ermənistan dövlətinin yaradılması, eləcə də bu ölkənin əzəli sakinləri olan azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasəti bu bölmədə öz əksini tapıb. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdiyi, Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu zəbt etdiyi diqqətə çatdırılır. Münaqişənin həlli üçün beynəlxalq məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyi vurğulanır.
"Münaqişə bölgəsindəki gündəlik vəziyyət" bölməsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə alması barədə məlumat verilir. Burada ballistik raket və artilleriya zərbələri ilə hədəfə alınan dinc insanların hücum nəticəsində hansı acınacaqlı vəziyyətə düşmələri orijinal fotolarla təqdim olunur. Dağıntı və tələfatın göstəriciləri Ermənistanın müharibə cinayətləri barədə aydın təsəvvür yaradır. Bildirilir ki, müharibə günlərində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 3410 fərdi evə, 120 çoxmərtəbəli binaya və 512 mülki obyektə ciddi ziyan dəyib.
"Hücumların insan haqlarının pozulması aspektindən dəyərləndirilməsi" bölməsində 1949-cu ilin Cenevrə Konvensiyası, 1977-ci il tarixli eyni mahiyyətli protokollar, humanizm prinsipləri xatırladılır. Göstərilir ki, təcavüzkar Ermənistan üç dəfə atəşkəs barədə razılaşmanı pozaraq Azərbaycanın dinc əhalisinə qarşı dağıntı və tələfatla nəticələnən hücumlar edib. Dağıntı və tələfatın miqyası, habelə hücumların edilməsi vaxtı deməyə əsas verir ki, bütün bu hadisələr məqsədli və planlı şəkildə törədilən cinayətlərdir.
Hesabatın nəticə hissəsində Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın dinc əhalisini, yaşayış məskənlərini və mülki infrastrukturunu hədəf alan raket və artilleriya hücumlarının xronologiyası, eləcə də həmin zaman kəsiyində qətlə yetirilən və yaralanan insanların siyahısı təqdim olunub. Siyahıda qətlə yetirilən şəxslərin ad, soyad və ata adları, yaşları, onların harada və hansı formalı hücum nəticəsində öldürülmələri aydın şəkildə göstərilib.
Hesabatın əhatə dairəsi, əlavə edilən fotolar və infoqrafika üslubunda məlumatlar oxucuda ilk baxışdan mövzu ilə bağlı aydın təsəvvür yaradır. Hesabat təkcə beynəlxalq təşkilatlar və məhkəmə orqanları üçün deyil, eyni zamanda, tarix, politologiya, münaqişələrin təhlili, terror, müharibə, hərbi cinayətlər və s. sahələr üzrə araşdırmaçılar üçün də əyani vəsaitdir.
Bildirilir ki, hesabat bu həftədən etibarən Avropa İttifaqı ölkələrinin insan haqları komissiyalarına, eləcə də Türkiyədə və digər dövlətlərdə insan haqları ilə məşğul olan qurumlara göndəriləcək.
Xatırladaq ki, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti cari ilin oktyabrında Azərbaycanda səfərdə olub. Nümayəndə heyətinin üzvləri Gəncədə, Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində dağılmış yerlərdə olub, yaralanan insanlarla görüşüb, törədilən müharibə cinayətinin fəsadlarını öz gözləri ilə görüblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Mərkəzi Bankın keçmiş binası ilə bağlı yeni qərar
-
Mərdəkanda yataqxana binası yandı - (Video)
-
Əməkdar artist geyimlərini satışa çıxarır – Mağaza açacaq
-
"Qələbə" dairəsində yenilik - (Video)
-
Arda Güler Millətlər Liqasında bu göstəricidə lider oldu (Foto)
-
Ramiz Mehdiyev cəzasından narazıdır - Apellyasiya şikayəti verdi
-
"Kurtlar vadisi"nin məşhur aktyoru orqanlarını bağışladı - (Foto)
-
Gürcüstanda azərbaycanlı faciəvi şəkildə öldü
-
Rusiyadan Fransaya hədə dolu mesaj
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Paytaxtın 12 küçəsində tıxac var
-
Millətlər Liqasında pley-off mərhələsinin iştirakçıları bəlli oldu
-
Noyabrda yalnız 4 BÜRC daha çox sevgi alacaq
-
Pendirin kiflənməsinin qarşısını alan saxlama üsulu: Uzun müddət təzə qalır
-
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
-
Simpsonların işarə etdiyi gün gəlib çatdı! Dünyanı qaranlıq gözləyir? - (Foto)
-
Könül Kərimova 15 kiloqram arıqlamasının səbəbini açıqladı
-
Bu 5 əşyanı dərhal evinizdən çıxarın
-
5 bürcə göydən pul yağacaq
-
Tualet kağızı tarixə qovuşur - yeni gigyena cihazı
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - (Video)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
Bələdiyyə sədri qəfil öldü - (Foto)





