"Fransa senatı bu ölkə üçün utancverici və qərəzli qətnaməni qəbul etdi"
Fransa senatı bu ölkə üçün utancverici və qərəzli qətnaməni qəbul etdi. Qətnamədə senat Fransa hökumətinə qondarma Dağlıq Qarabağ qurumunun tanınmasını tövsiyə edir. Həm də Azərbaycanı Qarabağa qarşı hərbi aqressiyada ittiham edirlər. Azərbaycan dünya tərəfindən tanınmış öz ərazi bütövlüyünü bərpa edir. 28 il icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edir, bəzi fransız siyasətçilər isə bizi aqressor adlandırır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, ermənilər Azərbaycan torpaqlarının 20%-ni işğal edəndə, 1 milyon soydaşımızı qaçqın-köçkün edəndə, mülki insanların əmlaklarını məhv edəndə, bizə qarşı soyqırımlar törədəndə, işğal etdiyi torpaqlarda ekoloji fəlakətlər törədəndə Fransa senatının gözü bunları görmürdü, yoxsa, fransızlar bizi insan hesab etmirlər?:
"Əlləri afrikalıların qanına batmış, milyonlarla insanı soyqırımına məruz qoymuş fransızların bu hərəkəti bir daha onu deməyə imkan verir ki, onlar özlərini hamıdan üstün hesab edirlər. Fransızlar bilməlidirlər ki, Azərbaycan üçün onlar heç kimdir. Xüsusilə, o senatorların ermənilərin girovuna çevriliməsi Fransa senatının oyuncaq qurum olduğunu sübut etdi və bizim üçün o qətnaməyə imza atanlarla ermənilər arasında heç bir fərq yoxdur. Erməni lobbisinin əsirinə çevrilmiş Fransa senatından ayrı bir hərəkət gözləmirdim.
Çünki, Fransa bu illər ərzində Minsk Qrupunun həmsədri olaraq münaqişənin sülh yolu ilə həll olunmasına töhfə verməli idi. Amma biz bunun əksini gördük. Fransa çalışdı ki, münaqişə donmuş vəziyyətdə qalsın və işğal həmişəlik saxlamaqla Azərbaycanı mövcud status-kvoyla razılaşdırsın. Təbii ki, bu, Fransanın indi bilinən mövqeyidir. Qəbul olunmuş qətnamə heç də Fransa hökumətinin müəyyənləşdirəcəyi siyasət demək deyil. Əgər Fransa hökuməti senatın qəbul etdiyi qətnaməsinə uyğun addım atmalı olarsa, Azərbaycan da öz beynəlxalq hüququndan istifadə edərək Fransanın həmsədrliyindən imtina etməlidir. Fransa-Azərbaycan əlaqələrinə yenidən baxmalı olduğumuzu düşünürəm. Biz fransızlarsız da yaşaya bilərik".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Əhmədlinin sirli binası: 26 ildir heç kim yaşamır
-
Qara dənizdə dronla vurulan gəmi ilə bağlı "PALMALI"dən açıqlama
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
Zidan Fransa millisində tarixə düşdü
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazandı
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb





