Azərbaycan Ordusu Ermənistanı rəzil duruma saldı - FOTO
Bu gün Azərbaycan növbəti şərəfli tarixini yaşayır. Ağdam şəhəri 27 ildən sonra öz sahibinə qayıtdı. Azərbaycan Ordusunun bölmələrinin noyabrın 20-də Ağdama daxil olması Vətən Müharibəmizdə bir ilklə yadda qaldı.
Belə ki, Ağdam Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq bir güllə atılmadan, qan tökülmədən erməni işğalından azad edilən Azərbaycanın ilk rayonu kimi tarixin yaddaşına köçdü. Bununla da Müzəffər Ordumuzun döyüş meydanındakı qələbələrinin davamını siyasi müstəvidə davam etdirən Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına növbəti tarixi qələbə sevincini bəxş etdi.
Nəzərə alsaq ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilirdi, bir neçə müdafiə xəttindən ibarət olunmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdı və ərazi işğalda olduğu illər ərzində düşmən tərəfindən tamamilə minalanmışdı, o zaman döyüşlərin davam edəcəyi təqdirdə Ağdamın işğaldan azad edilməsi bizə neçə-neçə qəhrəman əsgər və zabitlərimizin qanı, canı bahasına başa gələcəyi şübhə doğurmur.

Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərmizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı.
Ali Baş Komandan Ağdamın işğaldan azad olunması ilə əlaqədar bir neçə saat öncə xalqa etdiyi müraciətində də siyasi müstəvidə qazanılan qələbəmizin əsas pay sahibi kimi Ordumuzun şücaətini, qəhrəmanlığını qeyd etdi. O, Ağdamın işğaldan azad edilməsinin şanlı hərbi Qələbə nəticəsində mümkün olduğunu diqqətə çatdırdı: "Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı".

Prezident qeyd edib ki, bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Dövlət başçısını çıxışında düşmənin Azərbaycanın gücünü, potensialını düzgün hesablaya bilmədiyini deyib: "Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın".
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyət kəsb edən rayonlarından biridir. 44 günlük müharibə nəticəsində düşmən gec də olsa anladı ki, ən çətin olan işi gördü - Türkü oyatdı, türkü yatırmaq isə ondan da çətindir. Kəlbəcərə 5 gün qaldı, bizi gözlə, Laçın...
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
XƏBƏR LENTİ
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış





