Siyasət

Azərbaycan-İran sərhədləri sülh və dostluq sərhədinə çevrilib - İran səfiri

17 Noyabr 2020 19:59
Baxış: 1 065

Azərbaycan və İran sərhədləri əbədi olaraq sülh və dostluq sərhədinə çevrilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün "Twitter" səhifəsində yazıb.

S.A.Musəvinin sözlərinə görə, buna səbəb iki ölkə arasında birgə tarixi, mədəni və dini ortaq cəhətlərin mövcud olmasıdır.

İran səfiri, həmçinin Azərbaycan Prezidentinin Cəbrayıl rayonuna səfəri ilə əlaqədar çəkilən videonu və dostluq sərhədi həştəqini paylaşıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.