Erməni cəmiyyəti Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir - Bəhruz Quliyev
Ermənistanda insanlar təkcə ordunun acı məğlubiyyəti, ölkədə hərc-mərclik, özbaşınalıqdan deyil, həm də günü-gündən ağırlaşan sosial-iqtisadi durumdan ciddi narazıdırlar. Hazırda Ermənistanda ərzaq da daxil olmaqla, əksər məhsulların qiymətində artım müşahidə olunur ki, bu da onsuz da ciddi sıxıntılar içərisində olan sıravi insanların vəziyyətini daha da ağırlaşdırır.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında SƏS Media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət içindəki qüvvələr, klanlar arasında qarşıdurma və ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür:

"Ümumiyyətlə Ermənistanda vəziyyətin ağırlaşması təkcə sadaladığım amillərdən ibarət deyil. Sosial-iqtisadi vəziyyəti ağır olan Ermənistanda həm də əsgər anaları ciddi narazılıq içərisindədir. Hətta Ermənistanda Dağlıq Qarabağda öldürülən əsgərlərin valideynləri etiraz aksiyasına başlayıblar. Aksiyada onlar Ermənistan rəhbərliyindən "Boş yerə övladlarımızı məhv etməyin", "Meyitlərimizi verin" kimi şüarlar səsləndiriblər. Erməni ailələri artıq günlərdir ki, sosial şəbəkələrdə övladlarının fotosunu yayaraq, itkin kimi qeydə alınan əsgərlərin tapılmasını tələb edirlər. Bununla belə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan tərəfinə həlak olmuş hərbçilərin cəsədlərinin bitərəfli qaydada qaytarılması təşəbbüsü ilə çıxış etsə də Ermənistan rəhbərliyi hələ ki, bundan imtina edib. Bu faktların özü artıq Ermənistanın daxilində çox ciddi problemlərdən xəbər verir".
B.Quliyev bildirib ki, istər əvvəlki hakimiyyət, istərsə də bugünkü Paşinyan "dəstəsi" Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını istəmədiyini sübut etməkdədir: "Artıq 27 ilə yaxındır ki, Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayır. Bu, bütün dünya tərəfindən tanınmış faktdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsində də işğal faktı əksini tapıb. Və bu qətnamələr kağız üzərində qalmaqdadır. Ermənistan da Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını arzulamır, ancaq demaqogiya ilə məşğuldur. İrəvan özünü bütün dünyada qurban kimi qələmə verir, əslində isə işğalçıdır".
Baş redaktor əlavə edib ki, bu gün ermənilər anlayırlar ki, Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxarılması sülh və onların təhlükəsizliyinin yeganə qarantıdır: "Azərbaycan iqtisadi və hərbi baxımdan Ermənistandan xeyli güclüdür. Son hadisələr də onu göstərdi ki, Ermənistanda yerləşən Rusiya hərbi bazaları ermənilərin təhlükəsizliyinə zəmanət vermir. Ermənistan hər nə qədər xaricdən muzdlular, terrorçular cəlb etsə də, cəmi 30 günə Azərbaycana ağır şəkildə məğlub oldu. Belə olduqda, erməni silahlı birləşmələrinin bir yolu qalır - işğal olunmuş əraziləri tərk etmək və iqtisadi baxımdan güclənən Azərbaycanın ərazi bütövlüyünü tanımaq. Erməni cəmiyyəti Nikol Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir və ən maraqlısı odur ki, onların gələcək inkişafı da Azərbaycan Konstitusiyasına əməl etməkdən keçir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazandı
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)





