Ermənistanın atdığı "Elbrus" raketi hədəfə dəqiq vurmaq imkanına malik deyil - Ekspert
Ermənistan silahlı qüvvələrinin arsenalında olan taktik raket kompleksləri mərmilərinin əksəriyyəti köhnə sovet dövründən qalma məhsullardır.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib. O bildirib ki, bu mərmilərin böyük hissəsi uzun müddət anbarlarda saxlanılıb: "Həmin anbarlarda da bu sursatların yüksək səviyyədə saxlanılması təmin edilməyib. Buna görə də hazırda biz şahidi oluruq ki, həmin raket mərmiləri olduqca keyfiyyətsizdir. Hazırda Ermənistan silahlı qüvvələrinin arsenalında taktiki adı "Elbrus" olan "SCAD" raket kompleksindən atılan mərmilərin böyük hissəsi hədəfə düzgün çatmır. Nəinki hədəfə çatmır, hətta düşdüyü yerdə də partlamır. "Elbrus" raketləri 60-cı illərin istehsalıdır və ötən 60 il ərzində həmin raketin effektivliyi o qədər də yüksək deyil".
R.Məmmədli bildirib ki, Ermənistan döyüş meydanında vəziyyətdən çıxa bilmədiyi üçün ikinci dünya müharibəsində məğlub duruma düşən Adolf Hitlerin yolunu gedir: "Onlar da döyüş meydanında itirdikləri mövqeləri və məğlubiyyətlərini yaşayış məntəqələrinə raket atmaqla sığortalamaq istəyirdi. Ermənistan da eyni yolu seçərək Azərbaycandan hansı yolla olursa-olsun qisas almaq istəyirlər. Bu, ümumiyyətlə müharibə cinayətidir. Hesab edirəm ki, Nikol Paşinyanın rəhbərliyi altında bu addımı atan Ermənistan dövləti hərbi cinayətkardır. Ermənistan hökumətinin bu addımlarına qarşı beynəlxalq qurumlar lazımi tədbir görməlidir. Proses belə davam edərsə, Azərbaycan Ordusu Ermənistanın daxilindəki raket birləşmələrinə qarşı əməliyyat tədbirləri həyata keçirmək məcburiyyətində qalacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Almaniyada yanacaq bahalaşdı
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)





