"Yerevanda nahaq yerə fikirləşirlər ki, KTMT onlara kömək edəcək" - Prezident Administrasiyası
Yerevanda nahaq yerə fikirləşirlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) onlara kömək edəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident Administrasiyasının xarici KİV-lər və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov "NEWSru.co.il" saytına müsahibəsində deyib.
O bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin 150 kilometr dərinliyinə daxil olub və iri beton bloklar vasitəsilə müdafiə xətti yaradıb:
"Hansı ölkə bunlara dözər? Onlar həmişə təxribatlar törədib, ona görə də biz onların həmləsini gözləmişik və buna yaxşı hazırlaşmışıq. Sual yaranır: erməni ordusunun əsgərlərinin Azərbaycan ərazisində, Ermənistan sərhədindən 150 kilometr uzaqda nə işi var? Onlar atəşkəsi pozub, Gəncə şəhərini atəşə tutub, orada insanlar həlak olub. Biz hərbi obyektlərə zərbə endiririk, onlar isə mülki obyektlərə. Bəs deyilmiş kimi, Yerevan kömək üçün KTMT-yə müraciət edib. Amma KTMT də, BMT kimi ərazi bütövlüyü prinsipini tanıyır. Yerevan nahaq yerə ümid edir ki, KTMT onlara kömək edəcək".
Münaqişədə xarici iştirakçıların rolundan danışan F.Axundov bildirib ki, Rusiya münaqişəni dayandırmağa çalışır:
"O, ermənilərin ümid etdiyi kimi münaqişədə iştirak etmir, əksinə, çox ağıllı davranır. Türkiyəyə gəldikdə isə, o, bizə qardaş ölkədir. Onlar bizi mənəvi dəstəkləyir. Başqa cür dəstək bizə lazım deyil, bizim kifayət qədər güclü ordumuz var".
F.Axundov vurğulayıb ki, Azərbaycan çiçəklənən diyardır və 80 faiz ərazisinə böyük pullar yatırır:
"Ermənilər isə işğal olunmuş 20 faiz əraziyə girib və Qarabağdakı erməni xalqını Azərbaycanın təqdim etdiyi imkanlardan yararlanmağa qoymur. Bütün ölkə çiçəklənir, amma onlar istəyir ki, Qarabağ erməniləri də Ermənistandakı kimi yoxsulluq içində yaşasın".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
XƏBƏR LENTİ
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi





