Qalib Lider - Xalqın Prezidenti
2003-cü il 15 oktyabr tarixində keçirilən Prezident seçkilərində qələbə qazanan cənab İlham Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycan dövlətçiliyi tarixində yeni keyfiyyət mərhələsi başladı.
Dərin zəkalı lideri Azərbaycan xalqı özünə Prezident seçdi və geridə qoyduğumuz 17 il bu qərarın düzgün olmasını təsdiqlədi.
Uğurlu daxili və xarici siyasət, məntiqli, təmkinli və çevik qərarlar bu gün Azərbaycanı daha qüdrətli, daha güclü etdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlu strategiya ölkəmizin gələcəyini təmin etdi. Yürüdülən siyasətin əsas prinsipi hər bir Azərbaycan vətandaşının mənafeyinin qorunmasıdır, onun müstəqil və güclü dövlətdə yaşamasının təşkil edilməsidir. Xalqımızın daha yaxşı yaşayışını təmin edən bir çox qanunlar qəbul edilib və hal-hazırda icra olunur. İslahatlar sayəsində dövlətimiz sosial yönümlü olub.
Azərbaycanın təşəbbüsü ilə ölkəmizin nüfuzunu və gücünü artıran bir çox beynəlxalq tədbirlər keçirilir. Bizi dəstəkləyən ölkələrin sayı artır. Son hadisələr də bunu göstərdi - Azərbaycanın dostları ən həlledici məqamlarda ölkəmizin yanındadır. İqtisadiyyatımız artıb və daha da güclənib. Bütün dünyanın başına oyun açan pandemiya belə dövlətimizi, xalqımızı sarsıda bilməyib. Effektiv və çevik qərarların nəticəsində pandemiyanın vura biləcəyi zərər azaldılıb.
Ötən 17 ildə ölkəmizin inkişafı daha da sürətlənib. Həyata keçirilən bütün islahatlar bir məqsədə xidmət edir - xalqımızın firavanlığına. Uzun illər yürüdülən siyasət nəticəsində Azərbaycan qaz təchizatını nəinki təmin edən, eyni zamanda Avropa ölkələrinin tələbatının ödənilməsində mühüm rol oynayan bir ölkəyə çevrilib. Praqmatik və uğurlu siyasət Azərbaycanı dünyanın tranzit, nəqliyyat, turistik və ticarət mərkəzlərindən biri edib. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu, təsiri və gücü daha da genişlənib. Nəticədə bizimlə əlaqələr qurmaq istəyən dövlətlərin sayı artıb, dostlarımız çoxalıb. Bir çox dövlətlərlə biz səmərəli əməkdaşlıq edirik. Azərbaycanın tətbiq etdiyi inkişaf modeli bir çox ölkələrin marağına səbəb olub, onlar bu təcrübəni gələcəkdə faydalanmaq üçün təhlil edirlər. Bu gün Azərbaycan bir çox dövlətlər üçün etibarlı tərəfdaşdır.
Bu gün biz bu dəstəyi daha çox hiss edirik. Yaşadığımız son günlər Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaq. Bu gün güclü liderin idarə etdiyi dövlətimiz, hərbçilərimiz düşməni Azərbaycanın əzəli torpaqlarından qovur. Dünyanın 50 güclü ordusundan biri olan Azərbaycan Ordusu 30 ilə yaxın müddətdən sonra ölkəmizin ərazi bütövlüyünü bərpa edir. Son günlərdə xalqımızın milli ruhu daha da yüksəlib, özünəinamı artıb. Lider ətrafında sıx birləşən xalqımız tarixi ədaləti bərpa edir. Azərbaycan bütün sahələrdə zəfər çalır. Hər gün Böyük Qələbə daha da yaxın olur. Bu gün Azərbaycan uğurlu siyasəti nəticəsində Qələbəni yaxınlaşdırır.
Cənab Prezidenti təbrik edir, bizə yaşatdığı qələbə sevincləri və müasir Azərbaycan üçün ona təşəkkür edirik!
Anar İmanov,
Milli.Az-ın Baş redaktoru
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
XƏBƏR LENTİ
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)





