Baş keşiş: Ermənistanın atəşi nəticəsində Gəncədə kilsəyə ciddi zərər dəyib
Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəf alması terror aktı, hərbi cinayətdir. Bunu pisləyirəm. Bu, aqressiyadır. Hərbçilər döyüş meydanında döyüşər, terroristlər isə dinc əhalini hədəf alarlar.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu oktyabrın 14-də Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin baş keşişi Varfolomey Denis Sotnikov Gəncədə jurnalistlərə müsahibəsində deyib.
Baş keşiş bildirib ki, Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəf alınmasını, nəticədə uşaqların, qadınların və yaşlı insanların qətlə yetirilməsini qınayır.
Denis Sotnikov qeyd edib ki, dinc əhalinin heç bir günahı yoxdur. Amma ermənilər Azərbaycanı təxribata çəkmək üçün qəsdən belə məkrli addımlar atırlar: "Bizim Prezidentimiz İlham Əliyev çox müdrik siyasətçidir. O, insanları qələbəyə aparır, düzgün yola çağırır. Bugünkü dualarımızda dünyaya sülh arzuladıq, işğal altındakı torpaqlarımızın azad olunmasını dilədik və həlak olan dinc sakinlərin xatirəsini andıq. Qarabağ bizim torpaqdır. Mən milliyyətcə rus olsam da, Gəncədə doğulub boya-başa çatmışam. Gəncə mənim üçün doğma şəhərdir, doğma torpaqdır. Bu gün burada mərasim keçirilən kilsə də ermənilərin Gəncəyə atdığı raket zərbələri nəticəsində ciddi zərər görüb. Təbii ki, Ermənistanın bu addımı çox pisdir. Belə olmalı deyil. Tolerant və multikultural ölkə olan Azərbaycan 30 il səbirlə gözlədi ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Biz dua edirik ki, ölkəmizdə, torpaqlarımızda sülh bərqərar olsun. Mən bütün dünyaya müraciət edirəm ki, bizim haqq işimizə mane olmasınlar. İşğala son qoyulmalıdır".
Qeyd edək ki, oktyabrın 14-də Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də gecə saatlarında törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinlərin anma mərasimi keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
XƏBƏR LENTİ
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)





