"Dağlıq Qarabağ münaqişəsində yeni reallıqlar yaranıb" - Deputat
Təəssüflə qeyd etməliyik ki, tərəflər arasında razılıq əldə olunmasına baxmayaraq, Ermənistanın təxribatları səbəbindən real atəşkəs baş vermədi. Bu məsələdə məsuliyyəti birbaşa Ermənistan tərəfi daşıyır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistan hökuməti öz ənənələrinə sadiq qalaraq Moskvada baş vermiş danışıqlara əməl etmədi:
"Ermənistan baş nazirinin göstərişi ilə davamlı olaraq Azərbaycanın mülki əhalisi atəşə tutulur. Bu, bir daha təsdiq etdi ki, Ermənistan dövləti faşist və terror dövlətidir. Gəncənin atəşə tutulması, mülki əhalinin, uşaqların qətlə yetirilməsi bunu bir daha sübut etdi.
Azərbaycan isə ilk gündən atəşkəsə, üzərinə götürdüyü öhdəliklərə əməl etdi.
Son günlər baş verənlər bir daha Ermənistanın danışıqlar prosesində maraqlı olmadığını, təxribatçı əməllərə davam etdiyini göstərdi. Dünya ictimaiyyəti bir daha Ermənistanın sülh istəmədiyinin şahidi oldu.
Burada bir neçə məqama xüsusi diqqət yetriməliyik. Moskvada imzalanmış sənəddə əksini tapan humanitar atəşkəs sülh sazişi deyil. Bu, humanitar məqsədli atəşkəsdir.
Münaqişənin tənzimlənməsi ilə bağlı Azərbaycanın mövqeyi ondan ibarətdir ki, imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsipləri mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxarılmalıdır".
Deputatın sözlərinə görə, digər vacib bir məqam isə odur ki, danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi:
"Həmçinin, status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Status-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrinin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti ciddi uğurudur.
Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq. Bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusu sırasındadır. Azərbaycan ordusu qısa bir müddətdə torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu göstərdi. Onu da xüsusi qeyd etməliyik ki, Azərbaycan mülki əhal ilə mübarizə aparmır. Əsas hədəf işğala son qoymaqdır.
Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini daha da yaxınlaşdırır. Bu, qısa müddətdə bütün torpaqlarımızın işğaldan azad olunmasına şərait yaradacaq.
Azərbaycan xalqı qısa müddətdə Dağlıq Qarabağda sülhü bərpa edəcək. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat öz axarına qayıdacaq. Lazımi infrastruktur yaradılacaq və normal həyat bərpa olunacaq. Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir. Azərbaycan dövləti qısa müddətdə Cocuq Mərcanlıda təmir və bərpa işlərini həyata keçirdi.
Onu da qeyd etməliyik ki, son proseslərdə Azərbaycanın haqq mövqeyini əsas dəstəkləyən ölkələrdən biri Türkiyə oldu. İlk gündən Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəmədi. Münaqişənin həlli istiqamətində səylərini artırdı. Bu baxımdan Türkiyənin münaqişənin tənzimlənməsində fəal rol oynaması xüsusi əhəmiyyət daşıyır. Türkiyənin buna tam haqqı var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla əlaqəlindirilməsinə son qoyulmalıdır - XİN
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Əli Əsədov yeni qərar imzaladı
-
İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb
-
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
-
Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb
XƏBƏR LENTİ
-
DSX-dən əməliyyat: 8 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı
-
Xalq artistinin əlini öpmək istədi, az qala yıxılacaqdı - (Video)
-
Üzeyir Abas saxlanıldı
-
Temperatur 40 dərəcəyə qalxacaq - Proqnoz
-
Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi
-
Fransa alov içində: Makron yenidən ölkəni çıxılmaz vəziyyətə saldı
-
Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
-
Qəza iştirakçıları hansı halda hadisə yerini tərk edə bilərlər?
-
Moldovada 30 günlük həyəcan rejimi elan edildi
-
Rusiya-Ermənistan münasibətlərinin Azərbaycanla əlaqəlindirilməsinə son qoyulmalıdır - XİN
-
Abşeron və Bakının bəzi ərazilərində su kəsiləcək
-
Tacikistan ərəb geyimlərini qadağa etdi
-
Sığorta şirkətləri 6 ayda 867 milyon manat topladı
-
"Son 2 ayda ölkəyə gətirilən botoks preparatlarında problem var" - İddia
-
Ermənistandan Rusiyaya göndərilən 39 min məhsul məhv edildi
-
Milli Qəhrəman Natiq Qasımovun 5 gün tək başına döyüşdüyü Alban məbədi - (Video)
-
Moskvaya kütləvi dron hücumu - (Video)
-
Yaponiya küçələrinin ayaqyalın təmizliyini yoxladı - Nəticə heyrətləndirdi - (Video)
-
Ceyranbatandakı yanğında uşaq özünü binadan ataraq yaralanıb
-
Türkiyədə tanınmış şəxslərin narkotik nəticələri açıqlandı
-
Onlara dövlət mənzil verəcək, 3 il müavinət ödəniləcək
-
Nəriman Həsənzadənin vəziyyəti yenidən ağırlaşdı
-
Nəsrin Cavadzadənin serialı ilə bağlı yeni qərar
-
Bakıda küləyin sürəti 22 m/s-yə çatdı





