Siyasət

Bolqarıstanın sabiq prezidenti: "Ermənistanın Azərbaycana hücumu təxribatdır"

28 Sentyabr 2020 20:54
Baxış: 1 793

Ermənistanın Azərbaycana hücumu təxribatdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Bolqarıstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliyev deyib.

O, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların bərpa olunmasından narahatlığını bildirib:

"Mən Ermənistanın Azərbaycana hücumunu pisləyirəm, bu, təxribatdır. Mən tərəfləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığı əsasında tənzimlənməsinə qayıtmağa çağırıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.