"Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq"
İşğalçı ölkənin iyul ayında dövlət sərhədində hərbi təxribat törətməsinin əsas səbəbi Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi olub. Çünki Paşinyan baş nazir seçildiyi ilk gündən Azərbaycan Ordusunun Aprel və Günnüt zəfərlərini Sarkisyan hakimiyyətinin səhvi və uğursuzluğu kimi dəyərləndirərək, özünə haqq qazandırmağla çalışırdı. Halbuki Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatı məhz Paşinyan hakimiyyətə gələndən 1 ay sonra baş verdi.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Millət vəkili Könül Nurullayeva deyib.
Deputat bildirib ki, cəmiyyət isə yeni baş nazirin özünə haqq qazandırma siyasətini qəbul etməyərək, Sarkisyandan miras qalan problemlərin həllini tələb edirdi.
"Belə olan halda Paşinyan Tovuz istiqamətində revanş götürməyə çalışdı, lakin erməni ordusu bu dəfə də sarsıdıcı zərbələr alaraq geri oturduldu. Ardınca Paşinyan "qələbə" görüntüsü yaradaraq, real məğlubiyyəti ört-basdır etməyə çalışdı. Azərbaycan Prezidentinin ötən gün yerli jurnalistlərə müsahibəsində də söylədiyi kimi, söhbət hansı qələbədən gedə bilər?! Məntiqlə yanaşsaq, "qələbə qazanan" tərəf nə üçün dəstək məqsədi ilə hərbi təşkilata (KTMT) müraciət etdi? Dövlət başçısının da söylədiyi kimi, Ermənistan iyul təxribatını törətməklə həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərinin reaksiyasını yoxlayırdı. Ümumiyyətlə, görünən odur ki, pandemiya səbəbindən daha acınacaqlı duruma düşən Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Elə son vaxtlar təmas xəttinə yaxın ərazilərə qüvvələrin cəmləşməsi, işğal altındakı ərazilərdə məqsədli şəkildə demoqrafik tərkibin dəyişdirilməsi siyasəri, işğalçı ölkə rəsmilərinin öz ampluasına uyğun şərtlər irəli sürərək, təxribatçı bəyanatlar səsləndirməsi siyasəti də bunu təsdiqləyir. Yeni müharibə cəhdi isə ilk növbədə danışıqlar prosesini pozmaq və bölgədə "status-kvo" vəziyyətini saxlamaq niyyətinə hesablanıb. Təbii ki, mövcud tendensiya Azərbaycana vəziyyətə adekvat tədbirlər görmək üçün tam əsas yaradır. Çünki rəsmi Bakı hər zaman qətiyyətlə bəyan edib ki, imitasiya naminə dialoq və danışıqlar formatının dəyişdirilməsi birmənalı şəkildə yolverilməzdir.
Mümkün müharibənin nəticələrinə gəlincə, Paşinyanın növbəti revanş cəhdi, mövcud hərbi-iqtisadi "potensial"la müharibəyə başlamaq Ermənistana baha başa gələcək. Ümumiyyətlə, yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov





