Korrupsiyaya qarşı mübarizə üzrə gələcəkdə daha hansı işlər görüləcək? - Komissiyanın üzvü Arzu Nağıyev planlardan danışdı
Bəlli olduğu kimi, sentyabrın 15-də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi. İclasın gündəliyində duran əsas məsələ komissiya sədrinin seçilməsi idi. Komissiyanın sədri seçildikdən sonra Samir Nuriyev bir sıra mühüm istiqamətlər üzrə çıxış etdi. Yeni sədr öz çıxışında gələcəkdə konkret istiqamətlər üzrə hansı işlərin görülməsi ilə bağlı açıqlamalar verdi.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, komissiyanın üzvü Arzu Nağıyev deyib.
Deputat bildirib ki, S.Nuriyev çıxışında ictimai şuraların yaradılması, Rəqabət Məcəlləsinin qəbul edilməsinə toxundu: "Bu istiqamətdə mühüm addımların atılacağı bildirildi. İkinci mühüm məsələ beynəlxalq səviyyədə Azərbaycanın təmsil edilməsi, eyni zamanda Azərbaycanın korrupsiyaya qarşı mübarizə istiqamətində reytinqinin yüksəlməsi üçün hansı addımların atılması məsələsinə toxunuldu. Bundan başqa görülmüş işlər və gələcəkdə görüləcək işlərin əsas istiqamətlərinin nədən ibarət olması ilə bağlı komissiyanın üzvləri mühüm çıxışlar etdilər".
Deputat əlavə edib ki, "əgər son vaxtlar keçirilən əməliyyatlara baxsaq görərik ki, bir neçə istiqamətdə problemlər var və bu problemlərin aradan qaldırılması üçün bir sıra mühüm məsələlər həll edilməlidir. Son vaxtlarda daxil olan şikayətlər əsasən uşaq bağçalarına alınan ərzaqla, vətəndaşların sənədlərindən sui-istifadə edilməklə, eyni zamanda iş adamlarının müəyyən məsələlərə məcbur edilməsi və yaxud onlardan rüşvət tələb edilməsi, torpaq sahələrinin ayrılması və tikintilərin aparılmasında ciddi nöqsanların olması ilə bağlıdır. Bundan başqa yerli icra hakimiyyətləri tərəfindən vəzifə təyinatı vaxtında olan korrupsiya əməlləri, təmir-tikinti işləri və bir sıra məktəblərdə və kommunal təsərrüfat işçilərindən kartlar vasitəsilə vəsaitlərin əldə edilməsi ilə bağlı şikayətlər var".
A.Nağıyev bildirib ki, bu istiqamətdə mübarizə davam edir və etdiriləcək. Bunların da qarşısını almaq üçün müasir texnologiyalardan istifadə etmək lazımdır: "ASAN xidmət modeli bütün rayonlarda tətbiq olunmalıdır ki, məmur-vətəndaş təması daha az olsun.
Eyni zamanda "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nında korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri müəyyən edilib. Cənab Prezidentin bu istiqamətdə verdiyi tapşırıqlar yerinə yetirilməli və islahatların qarşısını alan maneələrə qarşı mübarizə aparılmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?
-
1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Papanın qaradərili şəxsin əlini havada qoyması müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda tikilidə yanğın başladı
-
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
-
Xarkovda dağıntılar altında insanlar axtarılır
-
Plener əsərlər sərgisi açılacaq
-
Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
-
Korrupsiya barədə məlumat verənlərə 20 min manat veriləcək?
-
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
-
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb - (Foto)
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Azərbaycana məğlubiyyətə görə istefa verdi
-
"Bavariya" Harri Keyn barədə qərarını verdi
-
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı - (Yenilənib)
-
Qara dənizdə dronla vurulan gəmi ilə bağlı "PALMALI"dən açıqlama
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
Zidan Fransa millisində tarixə düşdü
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)





