Prezident İlham Əliyev Vladimir Putinə zəng edib
Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilib və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.
Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVİD-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
TƏHLİL Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
TDT Baş katibindən Azərbaycana təbrik
-
Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Füzuliyə həyat yenidən qayıdır - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - (Foto)
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)
-
Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - (Video)
-
Sumqayıtda tikilinin damında təmir işləri aparan şəxs xasarət alıb
-
Fransada aksiyalar zamanı saxlanılanların sayı 2 mini keçib
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Messi bir oyunda iki rekord müəyyənləşdirdi
-
Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu, ölən var
-
İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib
-
Selcan Mahsudova batut gimnastikası üzrə Dünya kubokunun qalibi olub - (Foto)
-
Meteohəssas insanların diqqətinə
-
Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular
-
Azərbaycanda polis rəisinin müavini vəfat edib
-
Makron xalqa müraciət edəcək
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
THE JAPAN ESSENCE GLOBAL EXPO 2026-nın ilk günü uğurla başa çatdı - (Foto)
-
TƏHLİL Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
-
FTX bu ərazini sərhəd zonası elan etdi
-
Misir Səudiyyə Ərəbistanına yardım edəcək
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var





