"Ermənistan sərhəddə təxribat törətməklə diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır"
"Təcavüzkar Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçiblər.
Həmişə olduğu kimi bu dəfə də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə düşmənin hücum cəhdinin qarşısı qətiyyətlə alınıb, düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib və tələfat verərək geri oturdulub. Ermənistan bu kimi təxribatlara əl ataraq üzv olduğu hərbi siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa cəhd göstərir. Bu təxribatı törətməklə Ermənistan rəhbərliyi eyni zamanda öz yarıtmaz, günü-gündən nüfuzdan düşən siyasəti nəticəsində koronavirus pandemiyasının Ermənistanda geniş yayılması ilə ölkədə kəskinləşən sosial-iqtisadi böhran fonunda diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Onun sözlərinə görə, Ermənistan BMT Nizamnaməsi və digər beynəlxalq hüquq öhdəliklərini kobud surətdə pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə 20% torpaqlarımızı işğal edib və BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq işğalı davam etdirir:
"Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir.
Koronavirus pandemiyasına qarşı bütün düya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərdi. Bütün dünya birliyi təcəvüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini pisləməlidirlər.
Azərbaycanınrəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır. Ancaq Ermənistan təcavüzkar niyyətindən əl çəkməzsə, Azərbaycan mövcud beynəlxalq normalara uyğun olaraq istədiyi vaxt öz ərazi bütövlüynün bərpa edilməsi və işğal altındakı torpaqları azad etmək hüququndan istifadə edəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
XƏBƏR LENTİ
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi





