Fatma Yıldırım: Dövlətimiz koronavirus pandemiyasının yayıldığı ilk günlərdən etibarən düşünülmüş, sistemli tədbirlər həyata keçirir
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı dövlətimizin vətəndaşların sağlamlığının qorunmasına xidmət edən növbəti bir addımı kimi dəyərləndirilməlidir. Verilən məlumatlardan da göründüyü kimi, modul tipli hospitalda 800 xəstəni qəbul etmək üçün hər cür imkan var.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, bu tipli modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxan insanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Millət vəkilinin sözlərinə görə, dövlətimiz koronavirus pandemiyasının yayıldığı ilk günlərdən etibarən düşünülmüş, sistemli tədbirlər həyata keçirir. Bu sırada modul tipli xəstəxanaların yaradılması da vacib məqamlardan biridir. Bildiyiniz kimi, dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıb. Artıq onların bir neçəsi istifadəyə verilib. Verilən məlumatlara görə, bütövlükdə modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradacaq.
Deputat qeyd edib ki, tibb müəssisəndə yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər" Televiziyasına müsahibə verən cənab Prezident İlham Əliyev ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri ilə bağlı fikirlərini geniş şəkildə bildirib. Dövlətimizin başçısının dediyi kimi, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Fevral ayında bizim cəmi altı laboratoriyamız olsa da, hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, imkan verəcək ki, daha çox test aparılsın. Məhz görülən işlərin nəticəsidir ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.
Müsahibəsində karantin rejiminə də toxunan dövlətimizin başçısı qeyd edib ki, hər bir vətəndaş bu rejimə əməl etməlidir və heç kim qanundan üstün deyil. Əsas məqsəd xalqın sağlamlığının qorunmasıdır.
Fatma Yıldırım söyləyib ki, cənab Prezident Azərbaycanın bır sıra ölkələrə humanitar göstərməsinin əhəmiyyətini də vurğulayıb. Bütün bunlar Azərbaycanın dünyada nüfuzunu daha da artırır: "Eyni zamanda, Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün 130 dövlət tərəfindən dəstəklənməsi bir daha dövlətimizin artan beynəlxalq imicinin ifadəsidir. Bu təşəbbüsə yalnız işğalçı Ermənistan qarşı çıxıb ki, dövlətimizin başçısının dediyi kimi, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Eyni zamanda, bu addımı ilə Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu, özünü dünyadan təcrid etdi. Prezidentimiz İlham Əliyev Ermənistan haqda "demokrat" obrazı yaratmaq istəyənlərə cavab olaraq bildirib ki, Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər.
Müsahibəsində Dağlıq Qarabağ probleminin hazırki vəziyyətəndən də danışan dövlətimizin başçısı Azərbaycanın prinsipial mövqeyindən heç zaman geri çəkilməyəcəyini bir daha bəyan etdi. Cənab Prezident həmçinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini tənqid edib, işğalçı Ermənistanın qeyri-konstruktiv addımlarına heç bir mövqe bildirmədiklərini söyləyib.
Ümumiyyətlə, bu məsələ ilə bağlı cənab Prezident çox mühüm bəyanatlar verdi və qeyd etdi ki, belə davam edərsə mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Beynəlxalq təşkilatlar, xüsusilə Minsk qrupunun həmsədrləri bu bəyanatdan nəticə çıxarmalıdırlar"-deyə, deputat vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər





