Siyasət

Fransanın Azərbaycandakı səfiri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb

5 İyun 2020 22:52
Baxış: 1 425

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfir öz "Twitter" səhifəsində bildirib.

O, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğunu deyib:

"Tural Gəncəliyevlə dünən görüşümüz baş tutdu. Görüş zamanı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və dialoqun təşviq olunması məsələləri müzakirə olundu".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.