"Asiya İnkişaf Bankının Azərbaycanla əməkdaşlığı digər qurumlardan fərqlənir"
Azərbaycanın maliyyə vəsaitləri artdıqca, özümüzün maliyyə ehtiyatları yarandıqca beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq tamamilə yeni bir forma almağa başlayıb.
Bunu Milli.Az-a iqtisadçı-ekspert Pərviz Heydərov Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfransı şərh edərkən deyib.

"Azərbaycan höküməti demək olar ki, dünyanın bütün beynəlxalq maliyyə qurumları, təşkilatları ilə əməkdaşlıq edir və bu əməkdaşlığa dövlət başçımız çox böyük önəm, əhəmiyyət verir. Həmin maliyyə qurumları ilə Azərbaycanın əməkdaşlığının çox böyük əhəmiyyəti və nəticələri var və bu, zaman etibari ilə özünü müxtəlif xarakterdə göstərir. Belə ki, vaxt var idi ki, biz həmin maliyyə qurumları ilə əməkdaşlıqda daha çox dost vəsaitlərinə ehtiyac duyurduq və bu, bilavasitə ölkədə iqtisadi stabilliyə nail olmaq, müasir inkişaf etmək və sair baxımından, yəni hökümətin həyata keçirdiyi müvafiq daxili iqtisadi siyasətlə bağlı xarakterizə olunurdu. Amma getdikcə Azərbaycanın maliyyə vəsaitləri artdıqca, özümüzün maliyyə ehtiyatları yarandıqca həmin maliyyə qurumları ilə əməkdaşlıq tamamilə yeni bir forma almağa başladı. Yəni, artıq sözügedən qurumlar Azərbaycanla əməkdaşlıqda yeni istiqamətlər seçmək məcburiyyətində qaldı. Bu qurumlar içərisində Asiya İnkişaf Bankının xüsusi yeri var. Bunu dövlət başçımız videokonfransda da xüsusi olaraq qeyd etdi".
O bildirib ki, dövlət başçışımızın Cənub qaz dəhlizi layihəsi ilə əlaqədar buna ən birinci müsbət reaksiya verən maliyyə qurumunun məhz, Asiya İnkişaf Bankının olması nüansına toxunması bunu deməyə əsas verir.
"Halbuki ölkə başçısının da qeyd etdiyi kimi, söhbət Azərbaycan qazının Avropaya ixracından, yəni, Avropa üçün əhəmiyyətli bir məsələdən gedir. Amma Avropa bankları, hələ bu barədə düşündüyü zaman Asiya İnkişaf Bankı bu layihəyə dəstəyini göstərib və layihənin əhəmiyyətli olduğunu digər maliyyə qurumlarından fərqli olaraq birinci bəyan edib".
Ekspertin fikrincə, Asiya İnkişaf Bankının Azərbaycanda göstərdiyi fəaliyyət, maliyyələşdirdiyi bir çox sahə ölkəmizin gələcək inkişafı üçün xüsusilə böyük əhəmiyyət daşıyır.
"Videokonfransda da qeyd olunduğu kimi, Asiya İnkişaf Bankı aqrar sektorun inkişafı ilə bağlı məsələlərdən tutmuş, yol tikintisi, o cümlədən nəqliyyat və bir sıra çoxsaylı infrastruktur layihələrinin dəstəklənməsi, hətta, elektrik enerjisinin istehsalına qədər, yəni, ölkənin enerji təhlükəsizliyi ilə bağlı da bir sıra layihələrdə Azərbaycanla əməkdaşlıq edir və bu sahədə müvafiq layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Bu mənada Asiya İnkişaf Bankının Azərbaycanla əlaqələri, əməkdaşlığı digər qurumlardan fərqli olaraq daha çox seçilir və elə dövlət başçımız da bu banka öz məmnunluğunu açıq şəkildə videokonfrans zamanı bildirib".
Qeyd edək ki, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan





