Siyasət

TBMM-in Sədri Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib

29 May 2020 14:01
Baxış: 862

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop həm öz, həm də Türkiyə Böyük Millət Məclisinin üzvləri adından Azərbaycan Respublikasının Milli Məclisin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 may Respublika günü münasibəti ilə təbrik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Parlamentinin Spikeri Sahibə Qafarova öz "Twitter" səhifəsində məlumat verib.

Milli Məclisin Sədri Sahibə Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın "bir millət iki dövlət" olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.