Musa Qasımlı: Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə göstərilən diqqət nümunəvi xarakter daşıyır
"Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə göstərilən diqqət nümunəvi xarakter daşıyır. Dövlətimiz ən böhranlı anlarda da məcburi köçkünlərə qayğısını əsirgəmir".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Onun sözlərinə görə, dünyada davam edən iqtisadi böhrana baxmayaraq, Bakıda məcburi köçkünlər üçün "Qobu Park-3" yaşayış kompleksinin salınması bir daha təsdiq edir ki, dövlətimiz ən böhranlı anlarda da məcburi köçkünlərə olan qayğısını əsirgəmir.
"Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazilərimizin bir hissəsi işğal edilib, həmin ərazilərdə yaşayan Azərbaycan vətəndaşları daimi yaşayış yerlərindən vəhşicəsinə qovularaq məcburi köçkünə çevriliblər. Bu insanlar uzun illər boyu vaqonlarda, çadır şəhərçiyində yaşayıblar. Məcburi köçkünləri düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün dövlət indiyədək böyük proqramlar həyata keçirib".
Deputat qeyd edib ki, ötən müddətdə köçkünlərin yaşadıqları çadır şəhərcikləri ləğv edilib, onlar üçün çoxmərtəbəli binalar tikilib, ayrı-ayrı ərazilərdə torpaq sahələri ayrılaraq, fərdi evlər inşa edilib:
"Qobuda açılan yaşayış kompleksi əslində, əhalisinin sayına görə kiçik bir şəhər də sayıla bilər. Məlumdur ki, belə bir şəhərin inşası üçün böyük maliyyə vəsaitləri lazımdır. Xüsusən indiki şəraitdə - dünyada böhranın baş verdiyi zamanda özəl şirkətlərin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışına qoşularaq bu işi görmələri təqdirəlayiqdir. Bu, bir daha təsdiq edir ki, dövlətimiz məcburi köçkünlərə hər zaman xüsusi diqqət və qayğı göstərir. Əlbəttə, bu diqqət və qayğı onlara təkcə mənzil verilmə ilə kifayətlənmir. Köçkünlərə ayrılan müavinətlərin həcmi də artılır. Onların övladlarının təhsili ilə bağlı böyük işlər həyata keçirilir. Bu kateqoriyadan olanların özünəməşğulluğu, işlə təminatı sahəsində ciddi addımlar atılır. Açıq şəkildə söyləmək lazımdır ki, koronavirus pandemiyasının yaratdığı şəraitdə belə işlərin görülməsi hər bir azərbaycanlının ürəyindəndir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün





