Siyasət

"Milli Şura"dakılar əsl simalarını, hansı xarici dairələrin əlində alət olduqlarını göstərdilər - Niyaməddin Orduxanlı

16 May 2020 16:31
Baxış: 842

"Milli Şura" yarananda Azərbaycan ictimaiyyətinə bəlli idi ki, bu qurum kənar qüvvələrin və ya xarici dairələrin təşəbbüsü ilə yaradılıb. Bu "şura" Azərbaycan dövlətinə təzyiq vasitəsi olaraq ortaya atılmış bir proyekt idi. Sonuncu videokonfransla da "Milli Şura"dakılar əsl simalarını, hansı xarici dairələrin əlində alət olduqlarını göstərdilər.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, bu qurumu idarə edən Əli Kərimlidir: "Bu günlərdə isə Milli Şurada təmsil olunan bəzi şəxslər bir daha cəmiyyətə öz biabırçı əməllərini nümayiş etdirdilər. Qurumun sədri Cəmil Həsənlinin, eləcə də deputat mandatı olanda bələdiyyələrdən özünə torpaq alan, varidat yığan Gültəkin Hacıbəylinin əsl siması göründü. Onlar özlərinə "ziyalı", "professor" desələr də, əslində faşist olduqlarını bildirdilər.

Eldəniz Quliyev Milli Şuradan istefa verəndən sonra da, açıq şəkildə bəyan etdi ki, onlar xarici qüvvələrin təsirindədir, ABŞ-ın hansısa bir konqresmeninin nəzarətində olan bir agentin tapşırıqlarını icra edirlər.

Biz dəfələrlə "Milli Şura"nın xaricdən idarə olunmasını demişdik. Eldəniz Quliyevin istefası da şurada baş verənlərə bir etiraz forması idi. Eldəniz Quliyevlə yanaşı, digərləri də açıq şəkildə bəyan etdilər ki, xarici qüvvələrin tapşırıqlarını yerinə yetirənlərin əleyhinədirlər.

Başqa sözlə, bu qurumda təmsil olunanlar əsl simalarını, hansı xarici siyasi dairələrin əllərində alət olduqlarını, kimlərə xidmət etdiklərini nümayiş etdirdilər. Azərbaycan xalqı görməlidir ki, onu idarə etmək iddiasında olan Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli kimiləri hansı etikanın sahibidirlər".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.