Siyasət

Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum oldu

2 May 2020 16:51
Baxış: 945

Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyinə 11 məsələ daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə parlamentin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, parlamentin növbəti iclasında Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimlərinin təyin edilməsi, Bakı Appelyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi haqqında, bir sıra məhkəmələrinin hakimlərinin vəzifədən azad edilməsi haqqında, "Dövlət rüsumu haqqında", Vergi Məcəlləsinə dəyişiklik və digər məsələlər müzakirəyə ediləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.