Siyasət

G20-nin videokonfransı son dəqiqədə təxirə salınıb

25 Aprel 2020 10:34
Baxış: 1 055

G20 ölkələri liderlərinin ikinci videokonfransı son dəqiqədə təxirə salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna ABŞ və Çin arasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolu barədə fikir ayrılığı səbəb olub.

Qeyd olunur ki, iclasdan əvvəl ABŞ koronavirus epidemiyası yayılmağa başladığı vaxt ÜST-ün fəaliyyəti barədə hesabat verməsini tələb edib. Çin tərəfi isə təşkilatın fəaliyyətini araşdırmaqdan imtina edib.

Bununla əlaqədar olaraq, videokonfransın keçirilməməsi qərara alınıb. G20-nin növbəti videokonfransı tərəflər arasında fikir ayrılıqları aradan qalxandan sonra keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.