Siyasət

Azərbaycan XİN Gürcüstana həmrəylik mesajına görə təşəkkür edib

16 Aprel 2020 22:29
Baxış: 996

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstana həmrəylik mesajına görə təşəkkür edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində edilən paylaşımda qeyd edilir:

"Tbilisidə televiziya qülləsini Azərbaycan bayrağının rəngləri ilə işıqlandıraraq Gürcüstan Azərbaycanla həmrəylik nümayiş etdirib. Təşəkkür edirik, dost Gürcüstan!".

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidəki televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Axşam saatlarından televiziya qülləsi göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.