Siyasət

Siyavuş Novruzov: Biz üç virusa qarşı mübarizə aparırıq

30 Mart 2020 11:38
Baxış: 2 846

Biz üç virusa qarşı mübarizə aparırıq. Koronavirus, ermənilər və üçüncü virus da sapı özümüzdən olan baltalardır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bəziləri gedib xaricdə oturub Azərbaycan barədə qərəzli fikirlər söyləyirlər: "Bəziləri çox sevincək halda virusun genişlənməsindən danışır, guya Azərbaycanın bu virusun öhdəsindən gələ bilmir. Ancaq həmin insanlar özləri xaricdə yaşadıqları evdən çölə çıxa bilmirlər".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.