Siyasət

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

28 Fevral 2020 13:07
Baxış: 2 459

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.