Siyasət

Türkiyəli səfir Ərdoğanın Azərbaycana səfərindən danışdı

27 Fevral 2020 12:13
0 Şərh     Baxış: 946

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfir bildirib ki, toplantı çox faydalı oldu: "Bilirsiniz ki, cənab Prezident Rəcəb Tayyip Ərdoğan Azərbaycana Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısı çərçivəsində səfər etdi. Bu toplantıda keçmişi dəyərləndirərək gələcəkdə hansı işlərin görülməli olduğu müzakirə edildi. Bu ilki toplantı da çox faydalı oldu. Toplantı çərçivəsində 14 sənəd imzalandı və əlaqələrimizin hırtərəfli inkişafı üçün bundan sonra görülməsi zəruri olan işləri müzakirə edildi.

Biz Türkiyə olaraq bu toplantını çox yüksək dəyərləndirik və Azərbaycanın da eyni mövqeyə sahib olduğunu düşünürük".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.