Prezident İlham Əliyev T.M.Rzayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında
sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev "Şöhrət" ordeni ilə təltif edilsin.
Milli.Az