Siyasət

Prezident İlham Əliyev litvalı həmkarını milli bayram münasibətilə təbrik edib

15 Fevral 2020 16:08
Baxış: 963

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı təbrikdə Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Prezident İlham Əliyev bu münasibətlərin bütün sahələrdə qarşılıqlı faydalı şəkildə genişlənməsinin bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə inandığını qeyd edib.

Prezident İlham Əliyev Prezident Gitanas Nausedaya möhkəm cansağlığı, işlərində uğurlar, Litva xalqına sülh və rifah arzulayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.