Siyasət

Rövzət Qasımov: Veb-kameraların hamısı fəaliyyət göstərir, heç birinin üstü örtülməyib

9 Fevral 2020 12:19
Baxış: 686

Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov sosial şəbəkələrdə seçki məntəqələrinində kameraların üstünün örtülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, R.Qasımov bildirib ki, hazırda seçki məntəqələrində bütün veb-kameralar fəaliyyət göstərir: "Veb-kameraların hamısı fəaliyyət göstərir, heç bir veb-kameranın üstü örtülməyib. Sadəcə bir sıra seçki məntəqələrində təhlükəsizlik kameraları var ki, seçicilərə təsir etməmək məqsədilə həmin təhlükəsizlik kameralarının sütü örtülüb. Seçki məntəqələrində yalnız seçkilərlə əlaqədar quraşdırılmış veb-kameralar fəaliyyət göstərməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.