Siyasət

Seçicilərin sərbəst və azad səs verməsi üçün bütün şərait yaradılıb - Məzahir Pənahov

9 Fevral 2020 08:29
Baxış: 960

Parlament seçkilərində seçicilərin azad və sərbəst səs verməsi üçün seçki məntəqələrində bütün lazımi şərait yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, məntəqə seçki komissiyasının üzvlərinin vəzifəsi bütün seçki fəaliyətinin Seçki Məcəlləsinə uyğun olmasını təmin etməkdir:

"Seçicilər üçün bütün şəraitin yaradılması bizim borcumuzdur və biz çalışmışıq ki, bütün işləri Seçki Məcəlləsinə uyğun həyata keçirək".

MSK sədri əlavə edib ki, seçki prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında akkreditasiyadan keçmiş bütün şəxslərin fəaliyyətinə məntəqə seçki komissiyalarının üzvləri, eyni zamanda akkreditasiyadan keçmiş şəxslər də seçki məntəqələrinin fəaliyyətinə maneə yaratmamalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.